"Təyyarəyə nəyinsə dəydiyini eşidib yuxudan oyandım. Baxdım ki, sərnişinlər təşviş içindədirlər. Bir neçə saniyədən sonra təyyarədən təkrar səs gəldi".
Referans.az xəbər verir ki, bunu Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında sağ qalan Nizami Cəlilov Baku TV-yə açıqlamasında deyib.
O, təyyarə qəzasının baş verdiyi anda yaşadıqlarından danışaraq - "təyyarə yerə çırpıldı. Kəmərdən asılı qalmışdım. Onu açıb yerə düşəndə, özümə gəldim və gördüm ki, təyyarə tərsinə dayanıb", - deyə sözlərinə əlavə edib.
N.Cəlilov Qazaxıstandan ölkəyə gətiriləndən sonra qəza ilə bağlı yaşadığı psixoloji problemə görə müalicə aldığını qeyd edib.
Daha ətraflı videosüjetdə:
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç