Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Ailə İli Təşviq Proqramı" çərçivəsində ailələrə göstərilən dəstəyin artırılacağını açıqlayıb.
Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, Prezidentin sözlərinə görə, bu il doğum dəstəyi proqramında dəyişikliklər ediləcək."İlk uşağa verdiyimiz birdəfəlik doğum yardımını 5 min lirəyə (240 manat) çatdırırıq. İkinci uşaq üçün isə ayda 1500 lirə uşaq dəstəyi tətbiq edirik", - deyə Ərdoğan bildirib.
Proqram çərçivəsində ailələrin maliyyə yükünü azaltmaq və yeni doğulan uşaqlara daha yaxşı şərait yaratmaq məqsədilə əlavə tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç