"Sifarişli oyun idi" - İşdən çıxarılan ginekoloq DANIŞDI

14/01/2025 18:12
343

Əməliyyat zamanı iş yoldaşları tərəfindən sürprizlə qarşılaşan “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva işdən azad edilib.

 

Bu barədə “German Hospital”dan məlumat verilib.

 

Bildirilib ki, xəstəxananın mama-ginekoloqu Ləman Əliyeva məlum hadisədən sonra işdən azad edilib:

 

“Ləman xanımın bizim xəstəxana ilə artıq heç bir əlaqəsi qalmayıb, işdən azad edilib”.

Metbuat.az xəbər verir ki, məsələni aydınlaşdırmaq üçün Bakuplus.az-ın əməkdaşı mama-ginekoloq Ləman Əliyeva ilə əlaqə saxlayıb.

 

L.Əliyeva ona qarşı bu məsələnin sifariş olduğunu söyləyib:

 

“Mənimlə bağlı yanlış məlumatları hər yerdə tirajlayıblar. Mənə tapılmayan təki iş olsun. Məni tanıyan tanıyır. Hər şey yaxşıdır, narahat olmayın. Olmayacaq “German hospital”, olacaq başqa bir klinika.

 

18 illik fəaliyyətimdə heç bir pasiyent məndən şikayət etməyib. Bütün Azərbaycan qarşısında alnım açıq, üzüm ağdır. Bu vaxta qədər mənimlə bağlı şikayət və ya mənfi rəy olmayıb. Heç bir xəstə və işçi ilə problem yaşamamışam”.

 

Ləman Əliyeva yayılan videogörüntülərə aydınlıq gətirib:

 

“Həmin videoda gördükləriniz sifarişlə hazırlanan oyun idi. Allaha həvalə edirəm. Videodan da aydındır ki, mənim xəbərim olmayıb. Bütün xəstəxana bilir ki, mən xəbərsiz idim. Mənim bloger olduğumu bilirlər. Bilirdilər ki, bunu səhifəmdə paylaşacam. Qəsdən etdilər. Allah hər şeyi görür”.

 

Xatırladaq ki, bir neçə gün öncə “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən “sürpriz”lə qarşılaşıb.

 

Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.

 

Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Təyyarə qəzasından sağ çıxan Nizami NƏLƏRDƏN DANIŞIB? - VİDEO
15/01/2025 08:35
83

Təyyarə qəzasından sağ çıxan Nizami NƏLƏRDƏN DANIŞIB? - VİDEO

Azərbaycanın populyar müğənnisi TƏCİLİ ƏMƏLİYYAT edildi - Xəstəxanadan GÖRÜNTÜ
15/01/2025 07:36
130

Azərbaycanın populyar müğənnisi TƏCİLİ ƏMƏLİYYAT edildi - Xəstəxanadan GÖRÜNTÜ

"Komedixana"-nın aktrisasının görün neçə yaşı var imiş- Təəccüblənəcəksiniz
14/01/2025 22:39
351

"Komedixana"-nın aktrisasının görün neçə yaşı var imiş- Təəccüblənəcəksiniz

Sabah Bakıya qar yağacaq? - Milli Hidrometeorologiya Xidməti məlumat yaydı
14/01/2025 20:13
179

Sabah Bakıya qar yağacaq? - Milli Hidrometeorologiya Xidməti məlumat yaydı

"Komedixana"nın aktyoru "BİABIR OLDU" - VİDEO
14/01/2025 11:34
195

"Komedixana"nın aktyoru "BİABIR OLDU" - VİDEO

Uşaqlara bu qədər yardım veriləcək - MƏBLƏĞ AÇIQLANDI
14/01/2025 11:32
168

Uşaqlara bu qədər yardım veriləcək - MƏBLƏĞ AÇIQLANDI