Menyusuna qatdığı yeni bir məhsulu tanıtmaq üçün maraqlı bir reklam kampaniyası başladan restoran şəbəkəsi hər kəsdə maraq doğurub.
ABŞ daxilində 159 şöbəsi olan "BJ'S Restaurant Brewhouse” adlı restoranlar şəbəkəsi marketinq strategiyası üzrə maraqlı bir üsula əl atıb.
Menyusuna 'quinoa' adlı bir yeməyi əlavə edən restoran bu adı uşağına verən ilk ailəyə 10 min dollar dəyərində hədiyyə çeki verəcəyini bildirib.
Qazanan adamın təyin olunması üçün rəsmi sənədləri tələb edən şirkət, doğum şəhadətnaməsini əldə etdikdən sonra mükafatı 'quinoa' adını alan uşağın ailəsinə təslim edəcək.
Sosial mediada da bənzər bir kampaniya başladan şirkət, platformadakı adlarını 'quinoa' olaraq dəyişdirən istifadəçilərə isə 10 dollar (10.5 AZN) hədiyyə çeki verəcəyini açıqlayıb.
xezerxeber.az
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç