Bu gün axşam saatlarında Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.
Bu barədə Viral.az–a Bakı Metropoliteni QSC-dən bildirilib.
İlkin məlumata əsasən, sərnişin hadisə nəticəsində ağır xəsarət alıb.Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və əraziyə təcili tibbi yardım xidməti çağırılıb.
Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb. Araşdırmalar aparılır, ətraflı məlumat təqdim ediləcək.
Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.
21:55
Bakı Metropoliteninin “Dərnəgül” – “Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarı 15 dəqiqədən çoxdur, “Ulduz” – “Koroğlu” stansiyaları arasındakı tuneldə qalıb.
Viral.az xəbər verir ki, bu barədə sərnişinlər məlumat verib.
Onların sözlərinə görə, qatarın hərəkətinin dayanmasına səbəb sərnişinlərdən birinin relslərin üstünə yıxılmasıdır.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç