Bu şəxslərin maaşı artdı - Prezidentdən SƏRƏNCAM

07/01/2025 16:16
239

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Sərəncamla dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları bu ilin yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb:

 

1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;

1.2. Heydər Əliyev Mərkəzi;

1.3. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

1.4. Azərbaycanda Atatürk Mərkəzi;

1.5. Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

1.6. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;

1.7. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu;

1.8. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

1.9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;

1.10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm -Tədris Mərkəzi;

1.11. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi -Metodiki və İxtisasartırma Mərkəzi;

1.12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

1.13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;

1.14. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;

1.15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;

1.16. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;

1.17. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;

1.18. icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar.

 

Nazirlər Kabineti yuxarıda adları qeyd olunan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etmək tapşırılıb.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Azərbaycanda Ramazan ayı BU TARİXDƏ BAŞLAYIR
08/01/2025 19:08
113

Azərbaycanda Ramazan ayı BU TARİXDƏ BAŞLAYIR

Ardıcıl 4 gün iş olmayacaq - Bu tarixlərdə
08/01/2025 18:29
235

Ardıcıl 4 gün iş olmayacaq - Bu tarixlərdə

Bakıda yeni tikiləcək 10 metro stansiyası harada yerləşəcək? - AÇIQLAMA
08/01/2025 17:02
182

Bakıda yeni tikiləcək 10 metro stansiyası harada yerləşəcək? - AÇIQLAMA

Azərbaycanda qadın baldızının intim görüntülərini yaydı: ərinin müdiri ilə...
08/01/2025 17:02
296

Azərbaycanda qadın baldızının intim görüntülərini yaydı: ərinin müdiri ilə...

Azərbaycanda dəhşətli qəza - ÖLƏNLƏR VAR
08/01/2025 14:03
236

Azərbaycanda dəhşətli qəza - ÖLƏNLƏR VAR

İranda paytaxt köçürülür - Tehranı hara ilə əvəz edəcəklər?
08/01/2025 14:02
177

İranda paytaxt köçürülür - Tehranı hara ilə əvəz edəcəklər?