Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrika yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.
OLAY yazır ki, bu barədə Bakupost.az -a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib.
O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreya istiqamətinə yönəldiyi bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Dəniz Administrasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Pərvanə İmanova bildirdi ki, bu barədə məlumatlıdırlar və məsələ araşdırlır.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç