Əhaliyə ŞAD XƏBƏR: Maaş və pensiyalar artacaq - Bu tarixdə...

21/09/2024 00:13
311

Son günlərdə yeni qərarlara əsasən, ölkədə bir çox sahələrdə qiymət artımı müşahidə olundu. Xüsusilə, benzil və dizelin qiymətinin artması yenə də qiymət artımlarının olacağından xəbər verir. İstər ərzaq, istərsə də digər məişət sahələrində bu hal istisna deyil.

 

 

Bütün bu qiymət artımları fonunda ölkədə maaş və pensiyaların artması gözlənilir? Belə bir qərarın qəbulu mümkündür?

 

Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.

 

 

“Son günlər bizə edilən müraciətlərdə də əməkhaqqı, eləcə də müavinətlərlə bağlı xeyli suallar var. Nəzərə alaq ki, dövlət sektorunda əməkhaqqı dövlət büdcəsi hesabına maliyyələşdirilir, lakin özəl sektorda birbaşa sahibkarların verdiyi qərarla mümkün olur. Son məlumatlara görə, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı noyabrın birinədək təkliflərin hazırlanması həyata keçiriləcək. Noyabrın birində təkliflər təqdim olunduqdan sonra müzakirə olunaraq məhz bu istiqamətdə addımların atılacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, təkliflər hazırlanıb təqdim olunduqdan sonra minimum əməkhaqqının artırılması reallaşa bilər”.

 

Deputat bildirib ki, pensiyalar daha çox indeksləşdirmə və eləcə də 2022-ci ildən Cənab Prezidentin tapşırığı ilə pensiyaçılara yardımın verilməsi formasında artırılır.

 

 

“Pensiyaçılara yardımın verilməsi 6-cı çağırış Milli Məclisdə təqdim olunan təkliflərdən biri idi. Bu istiqamətdə maliyyə qiymətləndirilməsi aparıldıqdan sonra uyğun qərarların verilməsi istisna deyil. Amma təbii ki, bunun üçün də fiscal yükünün hesablanması və buna uyğun olaraq qərarın verilməsi mümkündür. Buna görə də hələlik bununla bağlı təkliflər təqdim olunub, yalnız fiscal yükü hesablandıqdan sonra hansı qərarın veriləcəyi ilə bağlı məlumat təqdim olunacaq.

 

 

Vüqar Bayramov indeksasiyanın 2025-ci ilin yanvarın birindən etibarən tətbiq olunacağını deyib.

 

 

“Bu zaman 2024-cü ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq pensiyalar indeksləşdirilib artırılacağı gözlənilir. Gözlənilir ki, yaxın vaxtlar ərzində təxmini orta indeksasiya faizini müəyyənləşdirmək mümkün olacaq, çünki 2024-cü ilin ilk yarımilinin sosial yekunları növbəti ildə yanvarın biri üçün indeksasiya faizini ilkin olaraq proqnozlaşdırmaq imkanı verir. Müavinətlərin artırılması ilə bağlı da təkliflər Milli Məclisin iclaslarında təqdim olunmuşdu. Bu da birbaşa fiscal yük və maliyyə yükünə bağlıdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, mərhələli şəkildə biz bu istiqamətdə addımların atılmasını görürük, çünki praktik olaraq son illər 4 böyük sosial paket təqdim olunub və yalnız bu 4 paketin icrasına əlavə olaraq dövlət büdcəsindən və büdcədənkənar fondlardan 7 milyard manata yaxın vəsait ayrılıb. Buna görə də sosial islahatlar və sosial paketin dərinləşməsi prioritetdir. Bu zaman digər priorotet məsələlər işğaldan azad olunmuş ərazilərimizin bərpa edilməsi, mill təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsi və s. kimi prioritet istiqamətlərə ayrılan vəsaitlər nəzərə alınmaqla fiscal qiymətləndirilmələrin və addımların atılması həyata keçirilir”.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Azərbaycanın populyar müğənnisi TƏCİLİ ƏMƏLİYYAT edildi - Xəstəxanadan GÖRÜNTÜ
15/01/2025 07:36
58

Azərbaycanın populyar müğənnisi TƏCİLİ ƏMƏLİYYAT edildi - Xəstəxanadan GÖRÜNTÜ

"Komedixana"-nın aktrisasının görün neçə yaşı var imiş- Təəccüblənəcəksiniz
14/01/2025 22:39
283

"Komedixana"-nın aktrisasının görün neçə yaşı var imiş- Təəccüblənəcəksiniz

Sabah Bakıya qar yağacaq? - Milli Hidrometeorologiya Xidməti məlumat yaydı
14/01/2025 20:13
164

Sabah Bakıya qar yağacaq? - Milli Hidrometeorologiya Xidməti məlumat yaydı

"Sifarişli oyun idi" - İşdən çıxarılan ginekoloq DANIŞDI
14/01/2025 18:12
330

"Sifarişli oyun idi" - İşdən çıxarılan ginekoloq DANIŞDI

"Komedixana"nın aktyoru "BİABIR OLDU" - VİDEO
14/01/2025 11:34
180

"Komedixana"nın aktyoru "BİABIR OLDU" - VİDEO

Uşaqlara bu qədər yardım veriləcək - MƏBLƏĞ AÇIQLANDI
14/01/2025 11:32
162

Uşaqlara bu qədər yardım veriləcək - MƏBLƏĞ AÇIQLANDI