Son illərdə şokolad həvəskarları arasında məşhurlaşan bir çox müxtəlif şokolad növləri var. Xüsusilə Yaxın Şərqdən gələn bəzi ləzzətlər dünyanın hər yerində maraq doğurur. Bu şokolad növlərindən biri "Dubay şokoladı" kimi tanınır. Halbuki Türkiyədə bu şokolad fərqli çeşiddə satılır və tanınır, içi kadayıf və püstə, çöldən isə normal südlü şokoladla örtülür.Məşhur Dubay şokoladı Dubayda qənnadı dükanının hamilə qurucusu tərəfindən hazırlanıb. O, şokolad, fındıq, fıstıq yağı və kadayıf xəmirini bir desertdə birləşdirib. Nəticədə insulin bombası - “Dubay şokoladı” yarandı.
News24.az SHOT-a istinadən xəbər verir ki, 200 qramlıq bir barda mindən çox kalori və təxminən 65 qram püstə pastası var ki, bu da normadan üç dəfə çoxdur. İnternet bloggerləri bu şokoladı bir oturuşda yeyirlər.
Diyetoloq Kristina Franz bildirib ki, yüksək kalorili və yüksək yağ tərkibinə görə Dubay şokoladı şəkərli diabet, piylənmə və artıq çəkidən əziyyət çəkən insanların pəhrizinə əlavə edilməməlidir. Şokoladı gündə cəmi 20 qram (kiçik kvadrat) olmaq şərti ilə yemək olar.
Onu da qeyd edək ki, orijinal Dubay şokoladı BƏƏ-də yalnız müəyyən saatlarda satılır və çox tez tükənir. Azərbaycanda bu şokolad 25 manatdan başlayan qiymətlərə satılır. Bir çox insanlar ucuz başa gəlsin deyə bunu özləri hazırlamağa çalışırlar, lakin bu da baha başa gəlir.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç