Almaniyada açıq-saçıq operanın 18 tamaşaçısına ürəkbulanma səbəbindən tibbi yardım lazım olub.
Bu barədə "The Guardian" Ştutqart Dövlət Operasının əməkdaşı Sebastian Eblinqə istinadən xəbər verib.
Bildirilir ki, şou cinsi akt səhnələri , canlı pirsinq, həmçinin çoxlu süni və həqiqi qan ehtiva edib.
"Şənbə günü səkkiz, bazar günü isə daha 10 nəfərə yardım lazım oldu", - deyə mənbədən bildirilib.
Bildirilir ki, şounu qalmaqallı və açıq-saçıq çıxışları ilə tanınan avstriyalı xoreoqraf Florentina Holzinger hazırlayıb. Təşkilatçılar izləyiciləri tamaşaya hazırlaşmaq üçün proqramın təsvirini oxumağa çağırış etmişdilər. / oxu.az
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç