“Gözlərim qarşısında son nəfəsini verdi” – İlkin Həsəni Azər Baxşəliyevdən yazdı

09/01/2025 23:32
199

"Həyat bəzən bizə çox ağır imtahanlar verir. Bu yaxınlarda böyük bir itki yaşadım: yaxın dostum Azər uzun sürən böyrək çatışmazlığından sonra bu dünya ilə vidalaşdı. Onun itkisi məni dərin düşüncələrə saldı, həyatı daha yaxından anlamağıma səbəb oldu".Musavat.com  xəbər verir ki, bu sözləri aparıcı-aktyor İlkin Həsəni sosial şəbəkədə mərhum həmkarı və dostu Azər Baxşəliyevlə bağlı yazıb.

O, dostunun gözlərinin qarşısında son nəfəsini verdiyini bildirib:
"Üç gün süni tənəffüs aparatına qoşulu qaldığı zaman yerli media onu "öldürüb - dirildəndə", biz xəstəxananın soyuq divarları arasında yalnız bir möcüzə ümidi ilə göz yaşlarımızı gizlədə-gizlədə gözləyirdik.
O günlər xəstəxanaya çox insan axın etdi. Bəzi tanış simalar, dostlar və bəzi yad insanlar. Hamının üzündə qəribə bir kədər var idi. Dualar, yalvarışlar havada dolaşır, amma bir fayda etmirdi.
Yanvarın 5-i səhər... Azər evə buraxıldıqdan sonra gözlərim qarşısında son nəfəsini verdi. O an həyatımda ilk dəfə bu qədər böyük bir dünyanın dayandığını hiss etdim, dostlarımın hönkür-hönkür ağladığını ilk dəfə idi ki, gördüm. Azərin bu qədər sevildiyini, onun xatirəsinə təmənnasız sevgi göstərilən anların şahid oldum. Xəstəxanaya böyrək donoru olmaq üçün yetişənlərdən tutmuş, səhər 9-da qəbrinə gül dəstələri düzən tamaşaçılara qədər...
Azəri son dəfə gördüm. Böyük sevincimizi, kədərimizi paylaşdığımız insan indi qarşımda susurdu. Onun bədənindəki gizli yaraları gördüm, amma bu yaralar yalnız fiziki deyildi, son illər hamıdan gizlətdiyi acılarını simvolizə edirdi.
Azərin yas mərasiminə 900-ə yaxın insan gəldi. Heç gözləmədiyim insanlar oradaydı, amma bəzi gözlədiyim simalar yox idi. Bəlkə də onların daha vacib işləri var idi... Bu da bir dərsdir.


Bu bir neçə gün ərzində bir neçə il böyüdüm. Həyat kitabının yazılmamış qanunlarını oxudum. Bəzən şərin, kədərin öyrətdiyi dərsə doymalı oluruq, bilirəm ki, həyat davam edir. Zaman hər yaranı sağaldacaq amma bəzi anlar, bəzi insanlar var ki, onları heç vaxt unutmaq mümkün deyil.
Azik, cənnətdəsənsə, bilirəm, indi orada da 2-3 gündür tanıdığın adamlarla deyib-gülüb, arada onları "darıxma" deyə-deyə yola verirsən. Biz isə darıxırıq, sevirik, unutmuruq".

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
"Bacımın ərinə sinəmin şəklini ona görə atdım ki..." - İki bacını düşmən edən ŞOK FOTO
10/01/2025 01:04
84

"Bacımın ərinə sinəmin şəklini ona görə atdım ki..." - İki bacını düşmən edən ŞOK FOTO

Açıq görüntülərə baxan 18 qadın özündən getdi - Bu epizoda görə xəstəxanalıq oldular - FOTO
10/01/2025 01:02
776

Açıq görüntülərə baxan 18 qadın özündən getdi - Bu epizoda görə xəstəxanalıq oldular - FOTO

"Qardaşımdır" deyərək evə gətirdiyi kişi görün kim çıxdı: Əri həqiqəti biləndə ŞOK OLDU- FOTO
10/01/2025 00:58
71

"Qardaşımdır" deyərək evə gətirdiyi kişi görün kim çıxdı: Əri həqiqəti biləndə ŞOK OLDU- FOTO

Toy gecəsi gəlin faciəvi şəkildə öldü - Dəqiqələr əvvəl bəydən ŞOK ƏMƏL- FOTO
10/01/2025 00:15
572

Toy gecəsi gəlin faciəvi şəkildə öldü - Dəqiqələr əvvəl bəydən ŞOK ƏMƏL- FOTO

Efirdə BİABIRÇILIQ: “Başında bit olub”- Zaurdan xanım müğənniyə qarşı ŞOK HƏRƏKƏT
10/01/2025 00:13
441

Efirdə BİABIRÇILIQ: “Başında bit olub”- Zaurdan xanım müğənniyə qarşı ŞOK HƏRƏKƏT

Bakıda kişi arvadının geyiminə görə toyda GÖRÜN NƏ ETDİ- ŞOK HƏRƏKƏT
09/01/2025 22:46
684

Bakıda kişi arvadının geyiminə görə toyda GÖRÜN NƏ ETDİ- ŞOK HƏRƏKƏT