Zəngəzur ətrafında nə baş verir? - Vəziyyət dəyişdi, Rusiya ordusu...

23/01/2025 18:21
264

Rusiya, Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan 10 noyabr bəyanatının 9-cu bəndinin icrasını gündəmdə saxlayır. Ermənistanın “Respublika Uğrunda” partiyasının sədr müavini Arnold Bleyanın sözlərinə görə, İrəvan və Moskva arasında Zəngəzurda Rusiya konsulluğunun açılması və diplomatik nümayəndəliklərin genişləndirilməsi məsələləri müzakirə olunur.Ermənistan tərəfi isə bu təkliflərə etiraz edərək, Zəngəzurun ruslaşmasının ölkənin müstəqilliyinə təhdid ola biləcəyini vurğulayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Zəngəzuru “strateji bölgə” kimi qiymətləndirib və bu məsələ iki ölkə arasında ciddi müzakirələrə səbəb olub.

 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistanlı həmkarı Ararat Mirzoyan ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını yanvarın 21-də müzakirə edib. 

Bu barədə politoloq Oqtay Qasımov Ajans.az-a açıqlamasında bildirib ki, bu plan yeni deyil və artıq bir neçə ildir müzakirə olunur. Onun sözlərinə görə, Rusiya konsulluq açmaqla bölgədə həm siyasi, həm də strateji üstünlük əldə etməyi planlaşdırır.

Fransa və İran artıq Qafan bölgəsində konsulluq açıb və bu addım bölgədə böyük geosiyasi dəyişikliklərin başlanğıcı olub. Fransa və İranın ardınca Rusiya da Zəngəzurda konsulluq açmaq üçün Ermənistana müraciət edib. Amma bu məsələ hələ də ləngiyir. Zəngəzur strateji əhəmiyyətə malik bir bölgədir. Vaxtilə burada Rusiyanın sərhəd qoşunları və hərbi hissəsi yerləşirdi. İndi isə Rusiya konsulluq vasitəsilə həmin ərazidə təsir gücünü artırmaq istəyir.”

Politoloq əlavə edib ki, konsulluq məsələsi təkcə diplomatik məqsəd daşımır. Rusiya, bölgədə yerləşməklə iqtisadi maraqlarını da qorumağa çalışır:

“Rusiyanın bəzi şirkətləri bir vaxtlar Zəngəzurda mədənçilik fəaliyyəti ilə məşğul olub. Konsulluq açmaq bu iqtisadi maraqların qorunması üçün bir addımdır. Həmçinin Rusiya burada yerləşməklə regionda siyasi və strateji üstünlük əldə edə bilər. Zəngəzur dəhlizi məsələsi Rusiyanın Ermənistandan əsas istəklərindən biridir. Bu dəhliz 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulub. Ermənistan o zaman öz üzərinə bu öhdəliyi götürsə də, indi bundan yayınmağa çalışır. Rusiya isə dəhlizdə nəzarəti əldə saxlamaq istəyir. Bu, Rusiyaya bölgədə strateji üstünlük qazandıracaq".

Oqtay Qasımov

Oqtay Qasımov əlavə edib ki, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi açıq və qətidir. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq:

“Azərbaycan prezidenti Qərbi Azərbaycan icması ilə görüşündə bildirib ki, Azərbaycanlılar Zəngəzura tank və ya hərbi maşınlarla yox, adi minik avtomobilləri ilə qayıdacaq. Bu, Azərbaycanın bu məsələyə diplomatik yollarla yanaşmasının göstəricisidir. Lakin Ermənistan tərəfi öz öhdəliklərini yerinə yetirməkdən yayınır.”

Politoloq bildirib ki, Azərbaycanın Zəngəzur bölgəsinə hərbi müdaxiləsi ilə bağlı yayılan məlumatlar yalnız iddialardır:

“Prezident açıq şəkildə bildirib ki, Azərbaycan məsələnin həllində diplomatik yollara üstünlük verir. Ermənistan 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməli və Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir.”

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Tiktoker Aytacın ifşa videosu yayıldı- ŞOK VİDEO
23/01/2025 18:25
97

Tiktoker Aytacın ifşa videosu yayıldı- ŞOK VİDEO

Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: Azərbaycanda film kimi OLAY
23/01/2025 13:43
171

Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: Azərbaycanda film kimi OLAY

Aysun İsmayılova ikinci yoldaşından da ayrıldı - Ərindən AÇIQLAMA
23/01/2025 13:40
407

Aysun İsmayılova ikinci yoldaşından da ayrıldı - Ərindən AÇIQLAMA

Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır
23/01/2025 10:15
216

Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır

Musa Musayevin efirdə etdiyi hərəkət GÜNDƏM OLDU. Studiyada qızı və xanımına... - VİDEO
23/01/2025 10:13
227

Musa Musayevin efirdə etdiyi hərəkət GÜNDƏM OLDU. Studiyada qızı və xanımına... - VİDEO

Xalq artisinin vəziyyəti AĞIRLAŞDI
22/01/2025 22:26
821

Xalq artisinin vəziyyəti AĞIRLAŞDI