İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumatında bildirilib ki, hazırda Azərbaycanda 50 kq-lıq un kisələrinin topdansatış qiymətləri 26-28 manat arasında dəyişir. Həmçinin qurum ölkədəki un istehsalçıları barədə məlumatları ictimailəşdirib. Ölkədə çörəyin qiymət artımı gözlənilirmi?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında bildirib ki, İqtisadiyyat nazirliyinin tərkibindəki Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti pərakəndə un satışına nəzarət etmir. Bu dövlət xidmətinin əsas vəzifəsi istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdır. Bu qurum bu məsələlərlə bağlı yoxlamalar apara bilər. Misal üçün 50 kiloqramlıq un kisəsinin çəkisində dəyişiklik olmasın və keyfiyyəti də yaxşı olsun.
Natiq Cəfərli onu da qeyd edib ki, bu sahədə dövlət tərəfindən qiymətin tənzimlənməsi mövcud deyil. Dünya bazarında taxıl qiymətləri nə qədərdirsə biz də ondan asılıyıq. 70-75 faiz əmtəəlik buğdanı Azərbaycan xaricdən alır. Xaricdə hər hansısa qiymət dəyişikliyi olan kimi Azərbaycan bazarlarında da qiymətlərin dəyişməsi baş verir. Zaman-zaman isə biz bunu yaşamışıq.
"Hazırda dünyada taxılın qiymətində ciddi bir artım yoxdur. Azərbaycanda isə taxılın və çörəyin qiymətində hansısa bahalaşma gözlənilmir və olmamalıdır",- deyə Natiq Cəfərli bildirib.
Bünyamin Bünyadzadə
Referans.az
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç