Qapanmalar olacaq? - Əhaliyə MÜHÜM XƏBƏR

13/01/2025 15:16
253

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, hazırda dünyada metapnevmovirus infeksiyası pandemiyası təhlükəsi yoxdur və ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyətdən söhbət getmir.

 

Titul.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus ilə telefon danışığından sonra feysbukdakı hesabında yazıb.

 

"Dostum Tedros məni son günlərin və həftələrin qorxulu hadisələri ilə bağlı sakitləşdirdi və məni əmin etdi ki, hazırda heç bir qlobal səhiyyədə fövqəladə təhlükə vəziyyəti yoxdur. Mətbuatda bu qədər danışılan virus ÜST ekspertlərinə yaxşı məlumdur. o, artıq bir neçə dəfə, adətən qış dövründə bu formada ortaya çıxıb", - Siyarto qeyd edib.

 

Macarıstanda son həftələr qrip və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının sayı bir qədər artıb, lakin ekspertlər bu fenomenin mövsümi xarakter daşıdığını düşünürlər. Eyni zamanda, yerli mətbuatda Çindən gələn metapnevmovirus infeksiyasının yayılması ilə bağlı xəbərlər daha çox diqqət çəkib.

 

Metapnevmovirus körpələr, yaşlılar və immun sistemi zəif olan insanlar üçün xüsusilə təhlükəli ola bilən yoluxucu infeksiyadır. Onun əlamətlərinə burun axması, öskürək, qızdırma, nəfəs almaqda çətinlik daxildir. Metapnevmovirus hava damcıları ilə ötürülür.

 

Xatırladaq ki, daha əvvəl çinli həkimlər ölkədə kəskin respirator xəstəliklərin mövsümi artımını qeyd ediblər. Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatına görə, əsas patogenlər qrip virusları və insan metapnevmovirusudur. Pekin Uşaq Xəstəxanasının baş həkimi Van Syuan keçirdiyi brifinqdə təsdiqləyib ki, uşaqlar arasında qrip və metapnevmovirusa yoluxma halları artmaqda davam edir. //Report.az

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
SON DƏQİQƏ: Dollar görün neçəyə oldu - Mərkəzi Bankdan TƏCİLİ MƏLUMAT
15/01/2025 10:56
376

SON DƏQİQƏ: Dollar görün neçəyə oldu - Mərkəzi Bankdan TƏCİLİ MƏLUMAT

3 gün ardıcıl iş olmayacaq
15/01/2025 10:07
173

3 gün ardıcıl iş olmayacaq

Vanqa və Nostradamusun 2025-ci illə bağlı PROQNOZLARI REALLAŞIR - DÜNYANIN SONU...
14/01/2025 18:59
188

Vanqa və Nostradamusun 2025-ci illə bağlı PROQNOZLARI REALLAŞIR - DÜNYANIN SONU...

20 Yanvar qeyri-iş günüdür?
14/01/2025 08:27
269

20 Yanvar qeyri-iş günüdür?

Qaydalar təsdiqləndi: Kimlərə ayda 400 manat ödəniləcək?
13/01/2025 11:29
326

Qaydalar təsdiqləndi: Kimlərə ayda 400 manat ödəniləcək?

Bu günlərdə doğulmusunuzsa, varlı olmaq qismətinizdir
13/01/2025 00:11
235

Bu günlərdə doğulmusunuzsa, varlı olmaq qismətinizdir