Şimali Koreya lideri Kim Çen In ölkədə bəzi yeni qadağalar tətbiq edib.KONKRET.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Şimali Koreya lideri ölkədə hot-doq yeməyini və cütlərin boşanmasını qadağan edib. Kim Çen In hot-doqu qərb yeməyi hesab etdiyndən onu yeyənləri xəyanətkar kimi cəzalanacağını bildirib. Hətta evlərində sosiska yeyənlərin əmək düşərgələrinə göndərildiyi bildirilir. İngiltərənin “The Sun” qəzetinə danışan ölkənin şimalındakı Ryanggangda bir şəxs “Bazarlarda budae-jjigae satışı qadağandır” deyib. Budae-jjigae Koreya və Amerika mətbəxinin qarışığı kimi tanınır. Bu yeməyə Koreya mətbəxindən kimçi, bulyon, noxud daxildir və kolbasa da istifadə olunur.
Digər tərəfdən, Kim Çen Inın boşanan cütlükləri də cinayətkar hesab edərək əmək düşərgələrinə göndərdiyi bildirilir. İddialara görə, boşanan cütlüklər 6 aya qədər əmək düşərgələrində saxlanılır. Kim Çen In boşan insanları anti-sosialistlər hesab edir. Boşanan qadınların daha uzun müddət əmək düşərgələrində qaldıqları bildirilir.
Vəli Həsənoğlu,
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç