Son günlər əhali arasında - xüsusən də uşaqlar - boğaz qıcıqlanması, quru öskürək geniş yayılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, valideynlər dərmanların belə buna kömək etmədiyini iddia edirlər. Bəs uşaqlar arasında yayılan bu virusun müalicə yolların hansılardır? Övladlarımızın virusa yoluxmaması nə edə bilərik?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-pediatr Qoşqar İsmayılov bildirib ki, dekabr ayının son həftələrində yayılan infeksialar həm uşaqlara, həm də böyüklərə keçir.
Onun sözlərinə görə, xüsusilə də, kataral ələmətlərlə - quru öskürək, 3-5 gün sonra isə bəlğəmli öskürək ilə başlayır:
"Hərarət bir neçə gün ərzində 38°-39° Selsiyə qədər yüksəlir. Bunun da əsas səbəbi virus və bakteriyalardır".
Həkim bildirib ki, ola bilər, temperatur evdə hər hansı dərmanla bir müddətlik düşsün, amma daimi deyil. Bu səbəbdən də pediatr növbəti ağırlaşmanın qarşısını almaq üçün vaxtında həkimə müraciət etməyi məsləhət görür.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç