“Deyir ki, mən buna heç 50 qəpik də vermərəm...”

05/03/2024 01:06
101

Xalq artisti Natiq Şirinovun toy qiymətləri günlərdir müzakirə mövzusuna çevrilib. Belə ki, sənətçinin toy qiymətləri 1500 və 45 min manat arasında dəyişir. 

Xalq artisti Alim Qasımovun olduğu, gəlin götürdü, açılış, aş gətirmə və yallının daxil olduğu premium paketin qiyməti 45 min manatdır.

Onun toy qiymətləri isə insanlar tərəfindən birmənalı qarşılanmadı, bəziləri bu məbləğin fantastik olduğunu iddia etdi. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı bildirib ki, məşhurların aldıqları qonorar tək özlərinə çatmır, məbləğ onlarla birgə gedən komanda arasında bölünür: 

“Əlbəttə ki, o pul bütövlükdə biz sənətçilərə çatmır. Bizimlə birgə məclislərə gələn komanda havayı gəlmir. Toyun təşkilatçısı, dizayneri, dekorları, fəhlələri olur. Bütün işçilərin məvacibi alınan qonorar sayəsində verilir və biz aldığımız pulu tək yemirik. İndiki dövrdə, hər şeyin qiymətinin yüksək olduğu bir vaxtda işçini necə pulsuz işlədə bilərsən? Hamı yaşamaq üçün çalışır. 

Mənimlə bərabər məclisə 20 nəfər gedir. Əlbəttə ki, bu da məclis sahibinin istəyindən asılıdır, məndə də həm sadə, həm də premium paketlər var. Hər kəsin büdcəsinə uyğun təkliflər etmək lazımdır ki, həm insanları sevindirə bilək, həm də öz işimiz olsun”. 

İfaçı qeyd edib ki, hər kəsin öz sənətinə qoyduğu dəyər var və buna görə kimisə qınamaq olmaz: 

“O ki, qaldı Natiq Ritm Qrupuna, hər kəsin şəxsi qiyməti var. Hər sənətçinin öz sənəti və sənətinə verdiyi qiymət var. İstəməyən çağırmır, istəyən, sevənsə, o pulu verib məclisinə həmin sənətçini dəvət edir. Bəzən sosial şəbəkələrdə yazırlar ki, “Mən buna heç 50 qəpik verib toyuma çağırmazdım”, “Çox bahadır”, “Pulum olsa da, verməzdim” və s. Amma fakt o pulu verib həmin sənətçini məclisinə dəvət edən adamlar var. Deməli, o şəxsə tələbat var ki, o qiymətə toylara çağırırlar”. 

X.Şuşalı da bir müddət əvvəl toy qiymətlərini qaldırdığını deyib və bunun səbəbini açıqlayıb:

“Bu gün bəzi xına aparıcıları özlərinə qat-qat yüksək qiymət qoyurlar. Mən heç kəsi buna görə qınamıram, təbii ki, ruzini verən Allahdır. Lakin bir şeyi başa düşdüm, insanlar fikirləşir ki, qoy baha qiymət deyəni çağırım, bahadırsa, yaxşıdır. Mənim əvvəllər xına qiymətlərim çox münasib idi, belə şeyləri gördükdən sonra müəyyən paketlərin qiymətini mən də qaldırdım.

Gördüm ki, sənəti olmayan, oxumağı bacarmayanlar, fonoqramı kəsilsə, canlı oxuya bilməyənlər, yalandan tullanıb-düşənlər toylara elə qiymətə gedirlər ki... 

Belə şeyləri görəndə deyirsən ki, onda mən sənətimə hörmətsizlik edirəm. Mən axı məclisdə canımı qoyuram. Xına mərasimində həqiqətən can qoyuram: canlı oxuyuram, məclisi idarə edirəm, hər şeyə nəzarət edirəm.

Müğənninin oxumağı hara, müğənni olmayan, adi danışmağı belə bacarmayanın məclis idarə etməyi hara... 

Amma görəndə ki, belələri məndən qat-qat çox qazanır, bu mənə xoş gəlmir. Buna görə artıq mən də yenidən toy məclislərinə geridönüş etdim. Gördüm ki, oxuya bilməyən, sənəti olmayan məndən çox qazanır.

Mən təkcə xına aparıcısı deyiləm, müğənniyəm, məktəb görmüşəm. Bu gün 2 bayatı əzbərləyib əlinə mikrofon alanlarla bir sırada deyiləm. Mənim onlarda bir sırada adımı çəkməkləri belə xoşuma gəlmir. Müğənninin xına məclisi aparmağı ilə, 2-3 bənd şeir əzbərləyənin apardığı məclis eyni ola bilməz”. 

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
ŞOK: Azərbaycanlı müğənni həbs olundu- GÖRÜN NİYƏ
30/12/2024 11:50
850

ŞOK: Azərbaycanlı müğənni həbs olundu- GÖRÜN NİYƏ

Hələ odda çox yanacaq - Zirəddin Rzayevdən ŞOK AÇIQLAMA
29/12/2024 20:00
996

Hələ odda çox yanacaq - Zirəddin Rzayevdən ŞOK AÇIQLAMA

"Təyyarədə dostumun oğlu da olub" - Roza Zərgərli DANIŞDI -VİDEO
26/12/2024 23:11
44

"Təyyarədə dostumun oğlu da olub" - Roza Zərgərli DANIŞDI -VİDEO

Balaəli məhkəməyə verildi - 6 aydan 1 ilə qədər...
26/12/2024 16:36
128

Balaəli məhkəməyə verildi - 6 aydan 1 ilə qədər...

66 yaşlı azərbaycanlı məşhur müğənni plastik əməliyyatdan sonra DƏYİŞİB BELƏ OLDU - FOTO
24/12/2024 11:53
179

66 yaşlı azərbaycanlı məşhur müğənni plastik əməliyyatdan sonra DƏYİŞİB BELƏ OLDU - FOTO

“İndikilər qəpik-quruş qazanırlar”- Təranə Qumral görün nə qədər qazanır- ŞOK MƏBLƏĞ
23/12/2024 23:45
138

“İndikilər qəpik-quruş qazanırlar”- Təranə Qumral görün nə qədər qazanır- ŞOK MƏBLƏĞ