Müğənni Təranə Qumral açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, “Gün ortası” verilişində qonaq olan ifaçı indiki müğənnilərin qazancından danışıb:
“Tələbat nəyədirsə, gənclərimiz onu oxuyur. Sən onu sevirsən, aparırsan bir mahnısı ilə evində qulaq asırsan. O da məcburdur ki, ikinci mahnısını eyni ifa etsin ki, sabah ondan yaxşı toya getsin, gündəmdə olsun. Biz “AzTV” dövründən gəlmişik. O vaxt trend yox idi. Hamı oxuyurdu, hamı sevilirdi, hamının ayrı-ayrı adı var idi. 4-5 populyar, reklamlı müğənni var idi. Gedirdik toylara… O qədər toylarımız olurdu ki, bir ilə çatmırdı, gələn il üçün növbəyə dururdular. İndiki oxuyanlar bizim dövrümüzdəki pulları görmürlər. İndikilər qəpik-quruş qazanırlar”.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç