Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinə yerləşdirilən aktyor Azər Baxşəliyevin anası oğlunun son durumundan danışıb.
Referans.az xəbər verir ki, Tamella Baxşəliyeva Teleqraf.com-a bu sözləri deyib: "Oğlum hazırda xəstəxananın reanimasiya şöbəsində komadadır. Həkimlər onun komadan ayılması üçün əllərindən gələni edirlər. Həkimlərin dediyinə görə, vəziyyəti stabildir. Dünən səhhəti pisləşdi və xəstəxanaya yerləşdirildi. Allaha dua edirəm ki, oğlum komadan ayılsın".
Qeyd edək ki, aktyor bir müddət əvvəl açıqlamasında anasından ona köçürülən böyrəkdə problem yarandığını, yenidən donor axtardığını demişdi.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç