Kişilər bu qadınlara nifrət edir, onlardan uzaq qaçır- Siz belə olmayın

05/01/2025 00:01
251

 

Münasibətin ilk mərhələsində kimsə olduğu kimi davranmadığı üçün zamanla ortaya çıxan özəllikləri qarşı tərəfi çox təəccübləndirir. Zamanla əsl üzünü göstərən qadını tanıyan kişilər arxalarına baxmadan qaçırlar. İndi oxuyacaqlarınız arasında sizə də xas özəllik varsa, düşünün. Bəlkə siz də nəyisə dəyişdirməlisiniz?!

Sevdiyiniz kişinin sizi tərk etməsini istəmirsinizsə, aşağıda sadaladığımız tiplərdən olmayın. Kişilərin nifrət etdiyi və arxasına baxmadan qaçdığı qadın tiplərini təqdim edirik.

 

Asılı qadınlar: Belə qadınların dünyası sadəcə sevgilisinin ətrafında fırlanır. Rəfiqələri ilə görüşməzlər, təkbaşına bir şeylər etməzlər, öz həyatları yerinə sevgilisinin həyatını yaşayarlar. Belə halda isə kişilər bu cür qadınlara hörmət etməməyə başlayırlar.

 

 

Özünü inkişaf etdirməyən qadınlar. Kişilər mədəniyyətsiz və özünü inkişaf etdirməyən qadınları istəməzlər. Hər şəraitdə özlərini apara bilməyi bacaran, gülərüzlü, bilikli, ya da ən azından bir fikri olan qadınları seçərlər.

 

 

Hər şeylə maraqlanan qadınlar. Bəzi qadınlar xəfiyyədən də yaxşı araşdırmaq bacarığına malikdir. Kişiylə bağlı bu cür gizli sorğu və araşdırma aparmaq kişini qadından uzaqlaşdırır. Bu işlər qadının işinə hər nə qədər yarasa da, kişilər bundan xəbər tutduqda əsəbiləşər və ona güvənməyən qadınla birlikdə olmaq istəməzlər.

 

 

Mükəmməl olmağa çalışan qadınlar. Kişiyə sahib olmaq istəyən qadındır. Həmişə onun işinə qarışar, öz malları kimi yanaşırlar. Kişi "əgər məndən məmnun deyilsə, daha yaxşısını axtarmağa çalışacaq", - deyə düşünəcək və siz onu tərk etmədən o, sizi tərk edəcək.

 

 

Möhtac qadınlar. Kişiyə yük olan qadınlar. Bu tip qadınlar duyğusal olaraq hər şey üçün kişiyə bütünlüklə bağlıdır. Öz varlığından belə kişinin məsuliyyət daşımasını istəyərlər. Sevgilisi olmadan nəfəs ala bilməyəcəyini və öləcəyini deyib bəlli edər. Bu hal kişini qorxudur.

 

 

Ana kimi qadınlar. Kişilər hər nə qədər anasını sevsələr də, onun kimi davranan qadınla davam edə bilməzlər. Ona nə vaxt nə edəcəyini söyləyən, anaları kimi boğaraq onlara sahib çıxan qadınlar kişilərin uzaq durmaq istədiyi qadınlardır.

 

 

Davakar qadınlar. Həmişə dava çıxaran, inciyən, diqqət görmək, diqqət çəkmək istəyən bu cür qadınların həyatında uzunmüddətli münasibətin olması çox çətin bir işdir. Bu qadınlar kişilərin əsəbiləşməsinə səbəb olurlar. Ona görə də kişilər bu qadınlardan həmişə uzaq dururlar.lent.az

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Stüardessalar bu qədər maaş alırlar- 8 min..
06/01/2025 22:58
99

Stüardessalar bu qədər maaş alırlar- 8 min..

25 il ərzində 40 milyon insan bu dərmanlara görə öləcək - İDDİA
06/01/2025 22:53
16

25 il ərzində 40 milyon insan bu dərmanlara görə öləcək - İDDİA

Bu il Azərbaycanda qadınların pensiya yaşı QALXACAQ- Bu yaşdan...
06/01/2025 22:53
19

Bu il Azərbaycanda qadınların pensiya yaşı QALXACAQ- Bu yaşdan...

SON DƏQİQƏ! Azərbaycanın məşhur Xalq artistinə ağır itki - FOTO
06/01/2025 19:25
846

SON DƏQİQƏ! Azərbaycanın məşhur Xalq artistinə ağır itki - FOTO

Saat 09:30-da qaz kəsiləcək - Bu ərazilərdə
06/01/2025 18:37
334

Saat 09:30-da qaz kəsiləcək - Bu ərazilərdə

Bakıda döşəyin içindən çıxanlar ŞOK ETDİ - GÖRÜN NƏ TAPDILAR: Bankanın içində... - VİDEO
06/01/2025 17:52
404

Bakıda döşəyin içindən çıxanlar ŞOK ETDİ - GÖRÜN NƏ TAPDILAR: Bankanın içində... - VİDEO