Ukrayna Prezidenti Volodimir Zelenski Sergey Popkonun Kiyev şəhər hərbi administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Bizimshow.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna liderinin ofisi yayıb.
Bildirilib ki, Zelenskinin digər sərəncamı ilə Timur Tkaçenko Kiyev şəhər hərbi administrasiyasının yeni rəhbəri təyin edilib.
S.Popko həmin vəzifəni 2022-ci ilin oktyabrından icra edirdi. T. Tkaçenko isə 2024-cü ilin sentyabrından Ukraynanın icmaların və ərazilərin inkişafı naziri Aleksey Kulebanın müavini olaraq fəaliyyət göstərib.
Qeyd edək ki, “Report” 35 yaşlı Timur Tkaçenkonun əslən azərbaycanlı olduğunu yazıb. Bildirilib ki, o, Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur. (oxu24.com)
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç