DİQQƏT: Yanvarda 20 dərəcədən çox şaxta olacaq - HAVA PROQNOZU

29/12/2024 18:49
1318

Yanvar ayında havanın orta aylıq temperaturunun və yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Milli Hidrometeorologiya Xidmətindən Qlobal.net-ə bildirilib ki, yanvar ayının ilk həftəsi hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyi əsəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 18-28 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 1-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Gecələr havanın temperaturu 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 6-11 dərəcə şaxta, dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 14-25 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, dağlarda 14-19 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 15-28 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, dağlarda 3-8 dərəcə şaxta, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-30 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 10-32 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 6-11 dərəcə şaxta, dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, bəzi günlərdə 18-23 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 22-49 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 17-31 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, dağlarda 0-5 dərəcə şaxta, bəzi günlərdə 8-13 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 44-98 mm).

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
BAŞLANDI! Rusiyada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ - Putindən SON QƏRAR
01/01/2025 14:48
471

BAŞLANDI! Rusiyada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ - Putindən SON QƏRAR

Hökümə faciədən öncə qəza ilə bağlı suala necə cavab verib? – Milyonları kövrəldən FAKTLAR…
01/01/2025 11:02
615

Hökümə faciədən öncə qəza ilə bağlı suala necə cavab verib? – Milyonları kövrəldən FAKTLAR…

"Komedixana"nın Zarinası videosu ilə heyrətləndirdi - 26 il öncə...
01/01/2025 11:02
269

"Komedixana"nın Zarinası videosu ilə heyrətləndirdi - 26 il öncə...

2024-cü ildə uşaqlara verilən nadir adlar: Dağlar, Qarakişi, Xırdaxanım... - SİYAHI
01/01/2025 04:22
145

2024-cü ildə uşaqlara verilən nadir adlar: Dağlar, Qarakişi, Xırdaxanım... - SİYAHI

Yeni il gecəsi yastığınızın altına bunu qoyun - 7 gün sonra...
01/01/2025 00:31
311

Yeni il gecəsi yastığınızın altına bunu qoyun - 7 gün sonra...

Gəncədə AXŞAM SAATLARINDA BƏD XƏBƏR: 49 yaşlı kişi...
31/12/2024 21:21
248

Gəncədə AXŞAM SAATLARINDA BƏD XƏBƏR: 49 yaşlı kişi...