2024-cü ildə Azərbaycanda uşaqlara verilən bir sıra nadir adlar məlum olub.
Ölkə.Az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bu il Zərqələm, Tükəzban, Dağlar, Məhluqəzəhra, Səmərqənd, Tuncayə, Bikəxanım, Sərvinaz, Almaxanım, Nənəş, Arazəli, Dağıstan, Dağhan, Xanəli, Xanımzeynəb, Oğuzcan, Saniyə, Buludxan, Əmin, Əminağa, Dua, Amine, Aminaxatun, Canel adlarının hər biri bir uşağa verilib.
İl ərzində bir uşağa qoyulan nadir adlar sırasına Cansel, Qurbət, Malikə, Üseyd, Pavel, Mikael, Həkim, Namin, Qarakişi, Qabriealla, Üzel, Birgül, Sinay, Sifayə, Siadə, Xırdaxanım, Xına, Zinnurə, Çilənay, Çigəli, Şahməran, Şikar, Qılınc, Qıznişan, Limanə, Zinhar, Elis, Elmi, İlanur, İmmi də daxildir.
Eyni zamanda, Ramo, Güldanə, Bəyim, Bəyimxanım, Misir adlarının hər biri iki uşağa verilib, üç uşağa isə Nənəxanım, Zara, Şiraslan, Pamir adları qoyulub.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç