"Siz haradasınız? Niyə görünmürsünüz?".
Titul.az xəbər verir ki, bu sualla aparıcı Zümrüd Bədəlova verlişinin qonağı olan Əməkdar artist Firuzə İbadovaya müraciət edib.
Sənətçinin cavabı aparıcını təəccübləndirib:
"Mən musiqi xəstəliyinə tutulmuşam, əsl musiqimizi axtarıram, onun xiffətini çəkirəm. Ona görə xəstələnmişəm.
İndiki musiqilər mənim beynimi çox yorur, artıq mən dözə bilmirəm. Deyəndə ki, niyə danışmırsınız, deyirəm məndən yaşda böyük sənətkarlar var. İndi çox adama sənətkar deyirlər, amma xahiş edirəm hər kəsə sənətkar deməyin. Çünki mənim illərimə çox heyifim gəlir, etdiyim konsertlər, gördüyüm sənətkarlar... Bu, məni çox üzür".
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç