28 il əvvəl vəfat etsə də, bolqar mediası Baba Vanqanın kəhanətlərini gündəmdə saxlamaqda davam edir. Balkanların Nostradamusu kimi tanınan Baba Vanqanın 2025-ci il üçün söylədiyi proqnozlar artıq beynəlxalq ictimaiyyətin gündəmini zəbt edib.
"Unikal" xəbər verir ki, Baba Vanqanın 2025-ci ilə dair kəhanətlərinə görə, bizi çətin bir il gözləyir.
Bütün bəşəriyyətin sonunun 2025-ci ildə başlayacağını bildirən Baba Vanqa yer üzündə insanların həyatının 5079-cu ildə bitəcəyini proqnozlaşdırıb. 2025-ci ildən başlayaraq həyatın daha da pisləşəcəyini təxmin edən Baba Vanqa, "ağılasığmaz ölçülərdə kosmik hadisə baş verəcək" deyə proqnoz verib
O, həmçinin "2025-ci ildə Avropada qitə əhalisinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq böyük bir qarşıdurma olacağını" iddia edib.
2033-cü ildə qütb buzlaqlarının əriyərək dəniz səviyyəsində böyük artıma səbəb olacağını iddia edən Baba Vanqa 2170-ci ildə qlobal quraqlığın olacağını, 3797-ci ildə isə Yer kürəsinin yox olacağını bildirib.
Baba Vanqanın proqnozlarının tam siyahısı
2025 : Avropa vətəndaş qarşıdurması ilə viran qalıb.
2028 : İnsanların Veneranı enerji mənbəyi kimi kəşf etməyə başlayacağı gözlənilir.
2033 : Qütb buzlaqları əriyəcək və qlobal dəniz səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olacaq.
2076 : Kommunizm bütün dünyaya yayılacaq.
2130 : İnsanların yadplanetlilərlə əlaqə qurması gözlənilir.
2170 : Dünyanın əksər hissəsində quraqlıq olacaq.
3005 : Yer Marsdan bir sivilizasiya ilə döyüşə girəcək.
3797 : Dünya yaşamaq üçün yararsız hala düşəndə insanlar onu tərk edəcəklər.
5079 : Qiyamət qopacaq.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç