“Arvadımın telefonunda oğlan şəkilləri gördüm, dedi, xalam qızının əri...” – Şok təfərrüat

22/12/2024 23:02
113

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Səbinə 30 aprel 2023-cü ildə vatsap sosial şəbəkəsində Vüsala boşanmaq istədiyini və daha yaşadıqları evə gəlməməyi bildirib. Vüsal qısqanclıq səbənindən arvadını öldürmək qərarına gəlib.

O, niyyətini reallaşdırmaq məqsədi ilə aprelin 30-da saat 12 radələrində mağazadan aldığı “Go” spirtli energetik içkini qəbul edib, yüngül dərəcəli sərxoşluq halında 2 manata mağazadan götürdüyü bıçağı gödəkcəsinin cibinə qoyub. Daha sonra Səbinənin yaşadığı evə gəlib. Bıçağı cibindən çıxarıb və evin köməkçi hissəsindəki mağar altında olan çöl mətbəxinə tərəf gedib. Orada olan qayınatası Səlim və arvadının babası Vüqarın onun evdən çıxıb getməsi tələblərinə məhəl qoymayıb. Qayınatası və həyat yoldaşına çıxsaylı bıçaq xəsarətləri yetirib.

Yaralılara vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub.

“Münasibətlərimiz kəskinləşdi”

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızıqla adam öldürməyə cəhd) və 29,120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, qeyri-rəsmi qaydada 2021-ci ildə Səbinə ilə evlənib, bir azyaşlı uşaqları var:

“Mən əvvəl anamla birlikdə Bakı şəhərində, evləndikdən sonra bir müddət Bakıda kirayədə, daha sonra isə Saatlı rayonunun kəndində arvadım Səbinənin atası Səlimin evində yaşadım. Heç bir yerdə işləməmişəm. Təsərrüfat işləri ilə məşğul olmuşam. Həmçinin bizimlə birlikdə qayınatam Səlim, arvadımın babası və nənəsi də yaşayıb.

Əvvəllər arvadımla münasibətlərim yaxşı olub. Hadisədən bir neçə gün əvvəl münasibətlərimiz kəskinləşdi. Arvadım və özüm ayrı-ayrı mobil telefonlar işlətmişik”.

“Mənə xəyanət etdiyini anladım”

Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 26-da evdə olarkən arvadı Səbinənin mobil telefonuna baxmaq istəyib: “Səbinə buna etiraz etdi. Təkidlə onun mobil telefonunu götürdüm. Telefona baxanda orda tanımadığım cavan oğlanın bir neçə fotoşəklini, eyni zamanda “səni sevirəm” və başqa sevgi xarakterli sözlər yazılmış şəkillər gördüm. Yazı və şəkillərin kimə aid olduğunu soruşdum.

Səbinə bunun adını bilmədiyim xalası qızının ərinin şəkilləri olduğunu, yazıları da onun yazdığını, xalası qızı ilə yazışarkən ona göndərdiyini bildirdi. Bununla bağlıaramızda mübahisə baş verdi. Səbinənin mənə xəyanət etdiyini anladım. Arvadımı və körpə uşağımı götürərək ana babamın yaşadığı kəndə getdim. Biz aprelin 27-dən etibarən babamgilin evində yaşadıq”.

“Bu mesajı oxuyub bərk əsəbiləşdim”

Vüsalın sözlərinə görə, aprelin 29-da qayınatası Səlim babasına zəng edib və Səbinənin evə qayıtdığını deyib: “Bundan sonra babam və nənəm Səbinəni uşağı ilə birlikdə atası evinə apardılar. Həmin vaxtdan Səbinə ilə yalnız telefonla əlaqə saxladım.

Səbinəyə bu söz-söhbətə son qoyulması üçün onun atası Səlimlə birlikdə babamın evinə gəlib aydınlaşdırma aparmağı təklif etdim. Səbinə özünün və atasının gəlməyəcəklərini dedi.

Amma həmin gün axşam babam mənə Səbinənin atası ilə birlikdə səhər bizə gələcəklərini və birlikdə burada söhbət edəcəyimizi bildirdi. Apelin 30-da səhər saat 11 radələrində arvadım Səbinə vatsapla mənə “sizin evə gəlməyəcəyik, cəhənnəm ol həyatımdan, səndən boşanıb rahat həyatımı yaşayacağam” mesajını yazdı.

Bu mesajı oxuyub bərk əsəbiləşdim. Həmin an gedib Səbinəni cəzalandırmaq, yəni onu qorxutmaq istədim. Babamgilin evindən çıxdım, adını bilmədiyim marketdən spirtli energetik içki alıb içdim”.

“Bizi daha narahat etmə”

Vüsal qeyd edib ki, marketindən bir ədəd bıçaq da alıb və əynindəki gödəkcəsinin cibinə qoyub:

“Velosipedlə arvadım Səbinənin yaşadığı qayınatam Səlimin evinə getdim. Saat 12 radələrində ora çatdım. Darvazanın yanında gödəkcəmin cibindən bıçağı çıxarıb əlimə aldım, həyətə girdim. Həyətdəki çardağın altında arvadım Səbinə, qayınatam Səlim, Səbinənin babası Vüqarın çay içdiklərini gördüm. Onlara yaxınlaşdım.

Məni görən Səlim və Vüqar ayağa qalxdı, Səbinə isə yerindən tərpənmədi. Əlimdə bıçaq tutmuşdum. Onlardan niyə babamgilə gəlmədiklərini soruşdum. Heç kəs mənə cavab vermədi. Qayınatam getməyimi, bir də onları narahat etməməyimi dedi”.

“Əsəbim soyumadı”

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra daha da əsəbiləşib: “Oturmuş vəziyyətdə olan Səbinəyə yaxınlaşdım və onun arxa tərəfinə keçdim. Saçından tutaraq əlimdəki bıçaqla Səbinənin boyun nahiyəsini kəsdim. Səbinə bərk qışqıraraq əlimdən çıxdı, evin içərisinə qaçdı. Səlim və Vüqar isə sağ, sol tərəfdən üzərimə gəldilər. Yumruq və təpiklə məni vurdular. Mən də özümü müdafiə edərək əlimlə Səlimi itələdim. Səlim yerə yıxıldı. Əlimdəki bıçaqla Səlimə bir-iki zərbə vurdum. Bu anda bıçaq əyildi və onu daha həmin bıçaqla vura bilmədim.

Qaz plitəsinin yanında padnosda olan bıçağı gördüm və əlindəki bıçağı yerə atdım. Səlimə qarşı əsəbim soyumadığından ona bir neçə dəfə vurdum. Səlim yerə yıxıldı. Sonra ayağa qalxaraq yaşayış evinə tərəf qaçdı”.

“Babam məni danladı”

Təqsirləndirilən bildirib ki, daha sonra əlindəki bıçağı yerə atıb və həyətdən çıxıb: “Küçədə mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Arvadım Səbinənin və qayınatam Səlimi bıçaqladığımı, yaşadığım kəndindəki evə gedəcəyimi bildirdim. Velosipedimə minib babamın evinə getdim. Evdə babam və nənəmə hadisə barədə dedim. Babam məni danladı. Bir az sonra polis əməkdaşları həyətə gəldi”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

 

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Əhaliyə ŞAD XƏBƏR! Bu şəxslər pensiyaya daha TEZ ÇIXA BİLƏR - Təkliflər hazırlanır...
23/12/2024 01:01
113

Əhaliyə ŞAD XƏBƏR! Bu şəxslər pensiyaya daha TEZ ÇIXA BİLƏR - Təkliflər hazırlanır...

Kişiləri aldatmağa sövq edən SƏBƏBLƏR
23/12/2024 00:28
99

Kişiləri aldatmağa sövq edən SƏBƏBLƏR

Bakıda olay: sərxoş kişi gecəyarısı bacısının yatağında... – Şok təfərrüat
23/12/2024 00:21
80

Bakıda olay: sərxoş kişi gecəyarısı bacısının yatağında... – Şok təfərrüat

Ölən 3 nəfər gəlinin bibiləri imiş - Toy təxirə salındı / FOTO
22/12/2024 23:57
328

Ölən 3 nəfər gəlinin bibiləri imiş - Toy təxirə salındı / FOTO

2025-ci ildə bizi nə gözləyir? - Baba Vanqadan PROQNOZ
22/12/2024 23:13
67

2025-ci ildə bizi nə gözləyir? - Baba Vanqadan PROQNOZ

Vanqa və Nostradamusun 2025-ci il üçün verdiyi eyni dəhşətli proqnozu
22/12/2024 23:09
221

Vanqa və Nostradamusun 2025-ci il üçün verdiyi eyni dəhşətli proqnozu