Messi Azərbaycandan nə qədər pul aparıb? – ŞOK MƏBLƏĞ

12/12/2024 19:26
673

Xəbər verdiyimiz kimi, dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatını qazanmış Lionel Messi, həmçinin dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba Azərbaycanda səfərdə olub.

Onların ölkəmizə gəlişi müzakirələrə yol açıb. Bir çoxlarını məşhur futbolçuların Bakıya gəliş səbəbi düşündürür. Digər tərəfdən isə dünya ulduzlarının Azərbaycanla bağlı paylaşım etməməsi birmənalı qarşılanmayıb.

Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlının sözlərinə görə, Messi və digər məşhur futbolçuların Azərbaycana gəlməsinin futbola aidiyyəti yoxdur.

Onun fikrincə, dünya ulduzlarının ölkəmizə gətirilməsi kimlərinsə piar kampaniyasıdır:

“Sosial şəbəkələrdə edilən paylaşımlara baxdıqda, bu şəxsin Adnan Əhmədzadə olduğu güman edilir.

1624954146 natiq

Natiq Muxtarlı

Messi və dostları ilə şəkil çəkdirənlər sosial şəbəkələrdə məhz ona təşəkkür edirlər. Bəs bu səfər Azərbaycana nə verdi? Heç nə. Bəs nə apardı? Külli miqdarda vəsait. Bu məşhurlar Bakıya ödənişsiz gəlməyib. Messinin hər saatı yox, dəqiqəsi belə puldur. Messi hər paylaşımına görə milyonlar alır. O, Azərbaycanla bağlı paylaşım edəcəksə, bunu da pulla edəcək. Özü də böyük məbləğ qarşılığında. Etməyəcəksə, deməli, səfərlə bağlı razılaşmada bu bənd yoxdur”.

N.Muxtarlı deyib ki, Messini bir gün Azərbaycana gətirmək üçün ən az 2-3 milyon avro ödəməlisiniz:

“Üstəlik digər məşhurlar da onunla gəlib. Onların səfər xərcləri, qonaqlara veriləcək bahalı hədiyyələr və ödəniləcək sanballı məbləğ…

Adnan Əhmədzadə Messi və dostlarına milyonlar verib, onları Azərbaycana gətirir ki, özünü reklam etsin. Vəssalam! Messinin səfərinin Azərbaycana gətirdiyi “xeyir” budur. Bəs Adnanda bu qədər vəsait haradandır? Bu isə heç kimi maraqlandırmır”.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Aktrisadan ŞOK AÇIQLAMQ: “Mənə Çimnazın tabutdakı şəklini yolladılar”
16/01/2025 14:24
86

Aktrisadan ŞOK AÇIQLAMQ: “Mənə Çimnazın tabutdakı şəklini yolladılar”

Çimnaz Sultanovanın oğlu GÖRÜN KİM İMİŞ
16/01/2025 14:20
199

Çimnaz Sultanovanın oğlu GÖRÜN KİM İMİŞ

Oğlu Çimnazın dəfnində iştirak etməyəcək: GÖRÜN NƏ SƏBƏBƏ
16/01/2025 14:19
175

Oğlu Çimnazın dəfnində iştirak etməyəcək: GÖRÜN NƏ SƏBƏBƏ

"Çimnaz dedi ki, həkimlər başıma oyun açdı" - Manaf Ağayevdən ŞOK AÇIQLAMA- VİDEO
16/01/2025 14:11
237

"Çimnaz dedi ki, həkimlər başıma oyun açdı" - Manaf Ağayevdən ŞOK AÇIQLAMA- VİDEO

Balaəlinin bu qədər pulu hardan qazandığı ÜZƏ ÇIXDI - Meyxanaçı biznesini göstərdi - VİDEO
16/01/2025 10:51
194

Balaəlinin bu qədər pulu hardan qazandığı ÜZƏ ÇIXDI - Meyxanaçı biznesini göstərdi - VİDEO

Çimnazın ölüm xəbərini telefonuna gələn BİLDİRİŞDƏN ÖYRƏNDİ: Efirdə şok oldular - VİDEO
16/01/2025 10:41
110

Çimnazın ölüm xəbərini telefonuna gələn BİLDİRİŞDƏN ÖYRƏNDİ: Efirdə şok oldular - VİDEO