“Demək olar ki, Qroznıya eniş etməyə hazırlaşırdıq. Şəhər açıq şəkildə görünürdü. Lakin eniş etməyə icazə vermədilər”.
News24.az xəbər verir ki, bu sözləri “globalinfo.az”a Aktau şəhərində qəzaya uğrayan təyyarədən sağ çıxan sərnişinlərdən biri deyib.
Həmin sərnişin təyyarə bələdçisi Hökumə Əliyeva ilə bağlı danışıb:
“Qəza nəticəsində həlak olan stüardessa Hökumə xanım sanki öləcəyini hiss etmişdi. Təyyarədə Zülfiqar adlı bəylə bir xanımı arxaya keçirib, özü önə getdi. Hər kəsə təsəlli verir, təmkinli olmağa çağırırdı. Son ana qədər hər şeyin yaxşı olacağını deyirdi. Hökumə xanım arxada dayanmadı, önə getdi. İrəli getməsə o da sağ qala bilərdi".
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
Ətraflı videoda:
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç