"2025-ci ilin büdcə layihələri parlamentdə müzakirələrin sonuncu etapına gəlib çatıbdır. Artıq iki oxunuşdan keçib. Bizim komitə sahəmizə aid olan məsələləri üçüncü oxunuşa baxdıq və Milli Məclisin plenar iclasına tövsiyə etdik. Bütövlükdə gələn il bizim büdcəmizin sosial xərcləri 41 faiz - təxminən büdcənin yarısını təşkil edəcək".
Yenilik.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
Komitə sədri əlavə edib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində 10-15 faizlik artım var:
"Təxminən 7,7 milyard manat vəsait deməkdir. Yaxud cari ildəkindən 1,2 milyon manat çoxdur. Eyni zamanda, işsizlikdən sığorta fondunun büdcəsində də 9,5 faizlik bir artım var. Bu artımlar imkan verəcək ki, gələn il əmək haqlarının minimum məbləği, pensiyaların minimum məbləği və orta məbləği artsın.
Gələn il üçün nəzərdə tutulur ki, yaşa görə pensiyanın məbləği 571 manata çatacaqdır. İndikindən təxminən 50 manat artım olacaqdır və orta pensiyanın məbləği isə təxminən 535 manat olacaq. İndikindən 45 manat çoxdur.
Bəzi vətəndaşlarımız daha çox pensiya artımını hiss edəcəklər, bəziləri də nisbətən az olacaq, amma orta rəqəm təxminən 45 -50 arasında olacaqdır. Cənab prezident parlamentin yeddinci çağırışının ilk iclasındakı çıxışında da öz xalqına bəyan etdi ki, gələn ildən həm minimum əmək haqqı artırılacaq, həm də pensiyaların minimum məbləği artırılacaq .
Gələn il bütün vətəndaşlarımız öz əmək haqlarında artımı hiss edəcəklər. Əvvəlki illərin təcrübəsini nəzərə alsaq, söyləyə bilərik ki, bu artım təxminən 12-15 faiz məbləğində olacaqdır. İndiki dövrdə bizdə minimum əmək haqqı 345 manatdır. Gələn il isə bunun 400 manata çatmasını proqnozlaşdırmaq olar. Amma bu məbləğdən aşağı da ola bilər".
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç