Elanın təsviri:
- Maaş:1000-1500 AZN (Namizədin bilik və bacarıqlarına görə dəyişə bilər)
- İş təcrübəsi: 1 ildən artıq
- Yaş: 21-30
- İş rejimi: 5 gün iş qrafiki (B/e- Cümə)
- Saat:09:00-dan-18:00-dək
Namizədə tələblər:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment ixtisasları üzrə arzuolunandır);
- Dil bilikləri: Azərbaycan dili və Rus dili səlist
- İngilis dili arzu olunandır
- FMCG sahəsində marketinq təcrübəsi olmağı üstünlükdür
- MS Office ilə işləmə bacarığı
- Yeni layihələr üzrə marketinq planları hazırlama bacarığı
- Analitik təhlil,strateji düşünmə, statistik,riyazi biliklər və problem həll etmə, idarəetmə bacarığı
- Müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı
- Büdcə və fəaliyyət planı ilə işləmə bacarığı
Vəzifə öhdəliklər:
- Şirkətin fəaliyyətinə uyğun marketinq strategiyalarının hazırlanmasında iştirak etmək
- Lazım olan prezentasiyaların və dizaynların hazırlanması
- Brendlər üzrə çeşidlərin analiz edilməsinə dəstək
- Satışın stimullaşdırılması üçün bir başa satış komandasıyla işin təşkili;
- Hesabatların hazırlanması və marketinq menecerinə təqdim etmək.
Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “Trade marketinq mütəxəssisi”qeyd edərək göndərə bilər.
Ünvan: Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)
Yaxınlıqda yerləşən obyektlər :Rich Hotel ,Caspian Bussines Hotel,EuroHome Tikinti materialları bazarı və CONNECT.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç