Təchizat üzrə mütəxəssis

28/02/2024 23:00
15111

Ə/H: 1700 AZN

Namizədə tələblər:

  • Yaş həddi:28-38
  • Azı 3 il bu sahə üzrə təcrübə 
  • Azərbaycan, Rus və İngilis dillərində yazışma bacarığı 
  • Outlook, Excel və Word proqramlarında peşəkar işləmək bacarığı
  • Komandada işləmək bacarığı 
  • İşinə məsuliyyətli yanaşma 
  • Çeviklik

Vəzifə təlimatı:

  • Şirkət prosedurlarına əsasən təchizat şöbəsinin meneceri tərəfindən verilən təlimatlar əsasında xüsusi texnika, ehtiyyat hissələri və xidmətlərin satınalmasını planlaşdırmaq, araşdırmalar aparmaq, tenderlər təşkil etmək, sifarişlər vermək, tədarük prosesində iştirak etmək və malların/xidmətlərin vaxtında təmin edilməsini təşkil etmək. 
  • Tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək göstərmək.
  • Yerli və xarici bazar araşdırmaları aparmaq və yeni təchizatçıları müəyyən etmək.
  • Mövcüd təchizatçılar siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək. 
  • Təchizatçılar ilə danışıqlar aparmaq, görüşlər keçirmək və şirkət üçün ən sərfəli şərtləri razılaşdırmaq.
  • Təsdiq edilən təkliflər əsasında təchizat müqavilələrinin və satınalma sifarişlərinin (PO) hazırlanıb icra edilməsi.
  • Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək.
  • Satın alınmış malların vaxtında təhvil-təslim edilməsini təşkil etmək, tələbə uyğun olub-olmamasını müəyyən etmək və qeydiyyatını aparmaq.
  • Sifariş edilən mal və avadanlığın anbara logistikasını təşkil etmək.
  • Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat prosedurlarını həyata keçirmək. 
  • Yeni xüsusi texnikalar üçün Fövqəladə Hallar Nazirliyindən lisenziyaların alınmasının təşkil edilməsi.
  • Təchizat şöbəsinin meneceri tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq tərtib edərək təqdim etmək.
  • Şirkətin bütün prosedur və təlimatlarına riyaət etmək. 
  • Bütün tələb olunan sənədləşmələri, yazışmaları, danışıqları və təchizat prosesini şirkət üçün ən sərfəli olan yollarla aparmaq. 
  • Təchizat şöbəsinin meneceri tərəfindən verilən əlavə tapşırıqları yerinə yetirmək

İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək

Nahar şirkət tərəfindən verilir

İşə qəbul əmək məcəlləsinə uyğun aparılır

Uyğun namizədlər CV formalarını mail-na mövzu yerində “Təchizat üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.  

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
SƏTƏM üzrə təcrübəçi vakansiyası
22/04/2024 17:23
111

SƏTƏM üzrə təcrübəçi vakansiyası

El Faro Hotel çox saylı vakansiya elan etdi
11/04/2024 03:31
3139

El Faro Hotel çox saylı vakansiya elan etdi

Estimator
28/02/2024 07:00
5894

Estimator

Trade marketinq mütəxəssisi
28/02/2024 07:00
1416

Trade marketinq mütəxəssisi

Korporativ Satış üzrə Mütəxəssis
28/02/2024 22:42
976

Korporativ Satış üzrə Mütəxəssis

Stok kontrol mütəxəssisi
28/02/2024 23:00
112

Stok kontrol mütəxəssisi