Tələblər:
- Ali təhsil;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dili, türk dili arzuolunandır;
- Müvafiq sahə ən azı 2 illik iş təcrübəsi;
- Microsoft Office (Word, Excel, Power Point, Outlook), AutoCAD, ArchiCAD, Revit və Sketch UP proqramlarından anlayışının olması;
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
- Detallara diqqətli yanaşmaq;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Məsuliyyətli və dinamik komanda mühitində işləmə bacarığı;
- Mürəkkəb tikinti layihələrində problem həll etmə və qərar verə bilmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Tikinti quraşdırma və təmir işləri üzrə smetaların və normalara əsaslanan qiymətlərə uyğun smeta sənədlərinin tərtib edilməsi (Boq'ların layihə çizgiləri üzrə hesabatlarının hazırlanması fərqlərin aşkar edilməsi);
- Tikinti və mühəndisi layihələrdə kəmiyyət/qiymət araşdırması və büdcənin hesablanması və peşəkar yanaşılması;
- İş mühitinə sürətli adaptasiya olunma və podratçı təşkilatlarların vermiş olduğu təklif həcmlərinin yoxlanılmasında iştirak edilməsi;
- Tikinti ərazisinə baxış keçirilməsi, layihə və cari kəmiyyətlər üzrə fərqlərin müqayisə olunub aşkar edilməsi;
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Texniki ofis mühəndisi” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç