DƏHŞƏT! Azərbaycanda azyaşlı qızlara kişi hormonu vurulur? - Həkim elə şeylər dedi ki...

04/10/2024 14:23
865

Həkimdən valideynlərə ciddi xəbərdarlıq: “Bu hormonlar prosesi gücləndirir və...”

Türkiyədə yeni aparılan araşdırmada uşaq və gənclərin apteklərdən reseptsiz aldıqları hormonal dərmanlarla cinsiyyətlərini dəyişə bildikləri iddia edilib. Almaniyada apteklərdə 5 hormon dərmanından 3-nü həkim icazəsi olmadan almaq mümkün deyil. Lakin Türkiyədə son illərdə tələbatı artmış bu dərmanları istənilən zaman əldə etmək mümkündür. Nəzərə alsaq ki, azərbaycanlıların əksəriyyəti əsasən Türkiyədən dərman sifariş verərək əldə edirlər. Ailələr xüsusilə də uşaq qidaları və dərmanlarını qardaş ölkədən sifariş edirlər. Azərbaycanda isə reseptsiz buraxılan dərman vasitələrinin siyahısı açıqlansa da, insanlar çox zaman bu reseptlərə ya əhəmiyyət vermir, ya da ümumiyyətlə bu siyahıdan xəbərsizdirlər. Bu, uşaqların sağlamlığı üçün nə dərəcədə təhlükəlidir? Son dövrlər cinsi azlıqların sayının çoxalmasının səbəbi budurmu?

Bakı Baza Tibb Kollecinin müəllimi, həkim-nutrisioloq Vəfa Əsgərli mövzu ilə bağlı  suallarını cavablayıb.

- Bəli, cinsiyyət hormonlarının qəbulu ilə onlarda bir sıra dəyişikliklər baş verə bilər. Çünki kişi cinsiyyət hormonlarını qəbul etdikcə testeronun miqdarı artır, xarakterin dəyişkənliyinə səbəb olur. Eləcə də qadın cinsiyyət orqanları ilə bağlı bunu demək olar. O uşaqlarda ki meyllilik var, onlar qadın cinsiyyət hormonlarını qəbul edirlər, sinə hissələrində də böyümə baş verir. Onsuz da onların xarakterində dəyişkənlik və meyllik var, bu hormonlar da prosesi gücləndirir. Sonra isə əməliyyat olunurlar, cinsiyyətlərini dəyişirlər. Bu preparatların qəbulu ilə prosesi gücləndirmək mümkündür.

- Son vaxtlar oğlan uşaqlarının sinəsinin böyük olması ilə bağlı valideynlərin narahatlığı var. Bu həmin uşaqların artıq çəkili olması ilə bağlıdır, yoxsa hansısa dərmanların, ya da qidaların təsirindədir?

- İnsulin dirəncinin varlığı prolaksinin miqdarının artmasına səbəb olur. Ona görə də döş hissəsi bir az böyümüş olur. Belə xəstələrim çox olub, bunun hormon dərmanları ilə əlaqəsi yoxdur. Oğlan uşağıdır, kökdür, sinə hissəsi ətlidir. Sinə və qarınla yanaşı bel nahiyəsində qadınlaşmış bədən forması olur, bu, uşaqlarda kompleks yaradır. Əslində bir çox endokrinoloq buna dərman təyin edir. Amma qida və idman üsulu ilə bunu həll etmək olur. Sinə nahiyəsi də öz yerinə oturur.

- Azərbaycanda satışa çıxarılan dərmanlar uşaq sağlamlığı üçün nə dərəcədə təhlükəlidir? İnsanlar nələrə diqqət etməlidirlər?- Aptekdə bu dərmanların satılıb-satılmamasından xəbərim yoxdur. Ümumilikdə isə əgər o dərmanlarda hormon varsa, reseptsiz verilməməlidir. Elə adından baxın, hormon - hərəkətə gətirən deməkdir. Hormonların dispalansı orqanizmi pozur. Bizi hormonlarımız mərkəzi sinir sisteminin təsiri altında idarə edir. Mənim tələbəm var idi, Seymur Kərimli (ad şərtidir), kolleci bitirəndə Sabrina Kərimli oldu. Mən ona bildirmişdim ki, kömək edək, preparatlar təyin olunsun, sağalsın. Amma dedi, bağışlayın, özümü kişi kimi hiss edə bilmirəm. O, sonra əməliyyat olundu, cinsini dəyişdi, adını da dəyişdirdi.


- Bəziləri bildirir ki, azyaşlı qızlara əqli inkişafı artırmaq üçün kişi hormonu vurulur. Həmin uşaqlarda tükləşmə və digər dəyişikliklər müşahidə edilir...

- Açığı bu cür faktla rastlaşmamışam. Bu suala yalnız belə cavab verə bilərəm. Əgər qadın cinsiyyət hormonlarında xərçəng xəstəliyi olarsa, biz bu zaman kişi cinsiyyət hormonları ilə bu prosesi dayandırırıq. Kişi cinsiyyət hormonlarından istifadə edirlər ki, qadınlarda bu xəstəliyin yayılması prosesi dayansın. Eləcə də kişilərdə cinsiyyət orqanlarında problem olarsa, bu zaman qadın cinsiyyət hormonları ilə bu prosesi zəiflədirlər.

- Uşaqların boy artımı üçün də bəzi hormonal preparatlardan istifadə olunur. Bunun uşaq orqanizminə mənfi təsirləri varmı?

- Boy uzatmaq üçün A vitamin tərkibli dərmanlar təyin olunur. Amma bu hormonal deyil, vitamin terapiyadır. Boy artımı üçün hormonal müalicə yanlışdır, vitaminlə müalicə mümkündür, yan təsiri də yoxdur.

- Gənclər, yeniyetmələr əzələ gücünü artırmaq üçün hormonal dərmanlardan istifadə edirlər, bunun da fəsadları ola bilərmi?

- Bəli, əzələ gücünü çoxaltmaq üçün edilir. Çünki kişi cinsiyyət hormonları, eyni zamanda əzələ kütləsinin toplanmasına gətirib çıxarır. Diqqət edirsinizsə, kişilərin bədəni əzələlidir, amma qadınlar incədir, onların bədənində əzələ kütləsi daha azdır. Ona görə kişi cinsiyyət hormonlarından istifadə edib əzələ kütləsini artıra bilərlər. Sadəcə, düzgün təyin olunmazsa, bu da təhlükəli ola bilər. Çünki hormonal balansı pozurlar. Bu cür preparatları həkim-endokrinoloq təyin etməlidir, məşq müəllimləri deyil...

- İdman müəllimlərindən söz düşmüşkən, onlar da müəyyən qidalanma rejimləri təyin edir, bəzilərinin səhhətində problem yaşanır.

- Bəli, kişilərdə cinsi zəiflik problemi son vaxtlar çoxalıb. Bunun da bir səbəbi qidalanma ilə bağlıdır. İdmançılar yağsız qidalanma, çox vaxt həkimlər də xolesterinin səviyyəsini aşağı salırlar. Xolesterinin özü də bütün hormonların anasıdır. Yəni bütün hormonlar xolesterindən doğur. Ən çox idmançılarda sonsuzluq olur. Çünki onlar qidaları ancaq soyutma kimi yeyirlər, qida rasionunda yağı kənar edirlər. “Fastfood”lar, enerji içkiləri, stress cinsi zəiflik yaradır.- Son zamanlar gənclər arasında cinsi oriyentasiyasını dəyişənlərin sayı çoxalıb. Bunu sosial mediada, ətrafda açıq-aşkar görmək mümkündür. Sizcə, bunun səbəbi qidalanma ilə, hansısa dərman preparatları ilə bağlıdır, yoxsa...

- Bu, qidalanmadan çox, həyat tərzi ilə bağlıdır. Öndə olanların həyat tərzinə baxırlar, kim ki, çətinə düşür, saçını uzadır, rəngini dəyişir. Bu cür təbliğatların ilk olaraq qarşısı alınmalıdır, sonra qidalanmadan danışmaq olar.

- Cinsi azlıqlar belə açıqlama da verirlər ki, onlarda anadangəlmə (ya kişi, ya da qadın) bu problem olur, sonradan yaranmır. Hətta qeyd edirlər ki, valideynləri onları həkimə aparsalar da, nəticəsi olmayıb. Allahın onları belə yaratdığını iddia edirlər. Bu fikirlə razısınızmı?

- Bu düz fikir deyil. Olurdusa, əvvəllər də belə kütləvi şəkildə olardı də... Onların arxivini araşdırsanız, görərsiniz ki, bu anadangəlmə deyil. Əksəriyyəti belə deyir.

- Valideynlərə bu məsələdə nə kimi tövsiyələr verərdiniz?

- İlk olaraq orqanik qidalara üstünlük verilməlidir, ət, toyuq, balıq, yumurta, tərəvəz, ləpələr, toxumlar qida rasionunda olmalıdır. Paketlənmiş qidalardan, “fastfood”lardan, enerji içkilərindən imtina edilməlidir. Bir də uşaqları izləmək lazımdır, əgər körpə vaxtından valideyn bir dəyişiklik hiss edirsə, o zaman endokrinoloqa müraciət etsə, onun üzərində işləsə, gələcəkdə belə problemlərlə üzləşməzlər.

- Valideynlər hansı əlamətlərdən anlamalıdırlar bunu?

- Oğlandır, amma qız kimi saçları ilə oynayır, müəyyən əl hərəkətləri edir, danışıq tərzi dostları ilə eyni deyil. İlk əlamətləri görürsə, mütləq endokrinoloqa müraciət etməlidirlər./“Yeni Müsavat”

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Bu rayona yeni polis rəisi TƏYİN EDİLDİ
21/12/2024 17:09
42

Bu rayona yeni polis rəisi TƏYİN EDİLDİ

60 yaşlı Elarizin həyat yoldaşı ilə bu zarafatı hamını GÜLDÜRDÜ- VİDEO
21/12/2024 17:05
68

60 yaşlı Elarizin həyat yoldaşı ilə bu zarafatı hamını GÜLDÜRDÜ- VİDEO

Tanınmış Xalq artisti 85 yaşınsa VƏFAT ETDİ- FOTO
21/12/2024 16:55
71

Tanınmış Xalq artisti 85 yaşınsa VƏFAT ETDİ- FOTO

27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb GÖRÜN NƏ ETDİ - TƏFƏRRÜAT
21/12/2024 16:39
62

27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb GÖRÜN NƏ ETDİ - TƏFƏRRÜAT

Bu görüntülər yayılanda Zaur Hüseynov işdən çıxarıldı: ŞOK İDDİA – VİDEO
21/12/2024 16:33
113

Bu görüntülər yayılanda Zaur Hüseynov işdən çıxarıldı: ŞOK İDDİA – VİDEO

Bakı sakinlərinə MÜJDƏ: Böyük layihə işə düşür - BUNDAN SONRA...
21/12/2024 15:17
65

Bakı sakinlərinə MÜJDƏ: Böyük layihə işə düşür - BUNDAN SONRA...