27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb GÖRÜN NƏ ETDİ - TƏFƏRRÜAT

21/12/2024 16:39
147

Lerik rayonunda 1997-ci il təvəllüdlü Elbəy şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Almaza (adlar şərti verilib - red.) xəsarət yetirib.

Qlobal.net məlumat verir ki, hadisə 25 may 2024-cü ildə Lerik rayonunun kəndində baş verib. Elbəy yaşadıqları evin həyətində həyat yoldaşı Almazla aralarında yaranmış ailədaxili münasibətlər zəminində mübahisə edib.

Mübahisə zamanı həyat yoldaşı Almazın bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpiklə vurub, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Elbəy barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elbəy ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: "Zərərçəkmiş Almaz həyat yoldaşım, Lətafət isə qayınanamdır. 2019-cu ildə Almazla ailə həyatı qurmuşam, birgə nikahdan 2 azyaşlı övladım var. Əvvəllər Almazla aramızda ailədaxili münasibətlər zəminində mübahisələrimiz olmayıb".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin aprel ayının ortalarında işləmək üçün Bakı şəhərinə gedib: "Əvvəllər Almazın mobil telefonu məndə olduğundan əsas səhifədə olan "Instagram" tətbiqinə daxil olub mesajlar bölməsinə baxanda Kamal ilə mesajlaşmasını, Almazın 2 ədəd şəkli ona göndərməsini gördüm. Dərhal anası Lətafətə zəng edib telefonu Almaza verməsini və onunla danışmaq istədiyimi dedim. Almazdan Kamal ilə niyə danışmasını soruşdum. Almaz cavabında Kamal ilə sosial şəbəkədə danışmadığını, ümumiyyətlə, sosial şəbəkə hesabının olmadığını dedi. Mən telefonu söndürdüm, təkrar "Instagram" sosial şəbəkəsində yazışmaların ekran görüntüsünü alıb ona göndərdim. Almaz yenə də Kamalla danışmadığını dedi. Mən bu barədə daha sonra atam Şəmiyə dedim. O da Almazın atası Şamilə dedi. Mən bir gün sonra Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan qayınatam Şamilin evinə getdim, ailəsinə Almazın etdiyi əməllər barədə məlumat verdim. Şamil də mənə "bu barədə araşdırıb, sənə məlumat verəcəyəm" dedi.

Elbəyin ifadəsinə görə, qayınatası mayın 21-də Lerik rayonuna gedib Almazla birlikdə Bakı şəhərinə gəlib, azyaşlı uşaqları isə evdə valideynləri ilə qalıb: "Mayın 24-də kəndə qayıtdım və ertəsi gün, saat 9 radələrində evdə olarkən həyətdə səs-küy eşitdim. Həyətə düşdükdə Almaz ilə qayınanam Lətafəti gördüm. Almaz məndən uşaqları verməyimi tələb etdi, uşaqlar evdən çölə çıxdı. Anam uşaqları evə apardı. Mən Almaz və qayınanamdan həyətdən çıxmalarını tələb etdim. Bu vaxt anam və nənəm həyətə düşdü. Mən pilləkənin üstündə əyləşdim. Bu zaman anamla Almaz arasında mübahisə yarandı. Mübahisə zamanı onları uzaqlaşdıraraq həyətdən çıxartdım. Həmin an Almaz və Lətafətin anamla nənəm arasında mübahisəsi oldu. Daha sonra polis əməkdaşları hadisə yerinə gəldi. Uşaqlarım Almazgillə getdi. Həmin vaxt mən nə Almaza, nə də ki, qayınanama xəsarət yetirməmişəm".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Almazın sözlərinə görə, əvvəllər əri Elbəylə arasında ailədaxili münasibətlər zəminində bir neçə dəfə mübahisə olub: "Sonuncu dəfə 21 may 2024-cü ildə, səhər saatlarında Elbəylə aramızda telefon danışığı zamanı mübahisələrimiz oldu. Elbəy mənə "kəndə gəlib səni öldürəcəm" dedi. Mənsə cavabımda heç bir fikir bildirmədim. Bu zaman telefonu əlimdən qayınanam aldı. Atama zəng edərək evdə mübahisə olmaması üçün məni aparmasını tələb etdim. Atam həmin gün günortadan sonra kəndə gəlib məni Bakı şəhərinə apardı".

Zərərçəkmiş qeyd edib ki, mayın 25-də, səhər saatlarında anası Lətifə ilə birlikdə həyat yoldaşı Elbəyin yaşadığı evə gedib və 2 azyaşlı uşağının ona verilməsini xahiş edib: "Uşaqlarım məni görüb yanıma gəldilər. Həyat yoldaşım Elbəy bunu görüb uşaqları mənə verməyəcəyini bildirdi, üzərimə hücum çəkərək yumruq və təpiklə mənim alın, əl, bel və boyun nahiyələrimə zərbə vurmaqla mənə xəsarət yetirdi. Daha sonra anası üzərimə hücum edərək yumruq və təpiklə mənə xəsarət yetirdi. Ailə üzvləri Elbəyi bizdən ayırdı. Mən bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Elbəy barəsində tədbir görülməsini xahiş etdim. Mənə Elbəy yumruq və təpiklə xəsarət yetirdi. Elbəy məni döydü".

Bu cinayət işinə Lerik Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elbəy 20 faiz məbləğində pul tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib. /demokrat.az

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
BİABIRÇILIQ: Toyda bəylə gəlin qeyri-etik hərəkətlər etdi ki, qızın atası məclisi tərk etdi - FOTO
22/12/2024 03:36
127

BİABIRÇILIQ: Toyda bəylə gəlin qeyri-etik hərəkətlər etdi ki, qızın atası məclisi tərk etdi - FOTO

SON DƏQİQƏ! Uşaq pulu ilə bağlı vacib yenilik - bu şəxslər ala bilər (ƏTRAFLI)
22/12/2024 03:08
9

SON DƏQİQƏ! Uşaq pulu ilə bağlı vacib yenilik - bu şəxslər ala bilər (ƏTRAFLI)

TƏCİLİ! Gecə qərar qəbul edildi - Dollar bahalaşdı!
22/12/2024 03:08
154

TƏCİLİ! Gecə qərar qəbul edildi - Dollar bahalaşdı!

Dollar görün neçəyə oldu – Mərkəzi Bankdan VACİB MƏLUMATI ƏHALİYƏ ÇATDIRDI
22/12/2024 03:07
160

Dollar görün neçəyə oldu – Mərkəzi Bankdan VACİB MƏLUMATI ƏHALİYƏ ÇATDIRDI

Şəhid övladı: "İlham babaya dedim ki, yerimi saxla, gələcəyəm" - VİDEO
22/12/2024 01:58
51

Şəhid övladı: "İlham babaya dedim ki, yerimi saxla, gələcəyəm" - VİDEO

Afaq Bəşirqızının son görüntüsü sevənlərini üzdü - VİDEO
21/12/2024 23:11
138

Afaq Bəşirqızının son görüntüsü sevənlərini üzdü - VİDEO