İşdən çıxarılan müəllimlə bağlı MARAQLI FAKT - FOTO

18/09/2024 18:33
1748

İmişli rayonu Aranlı kəndindəki 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevanın işdən çıxarılması bu gün sosial şəbəkələrin ən çox müzakirə olunan mövzularından biridir.

Bizimshow.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib ki, Leyla Nəcəfquliyeva 16 sentyabr 2024-cü il tarixində saat 08:00 radələrində sinif rəhbəri olduğu IIIb sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.

Leyla Nəcəfquliyevanın həmin gün məktəbin həyətinin giriş qapısı qarşısında şagirdləri yerdə əyləşdirərək dərs keçməsi onun şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etməsi kimi qiymətləndirlib. Onun “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozduğu da vurğulanıb. Buna görə də müəllimlə bağlınmış əmək müqaviləsinə 17 sentyabr 2024-cü il tarixdə xitam verilib.

L.Nəcəfquliyeva isə bu ittihamlarla razılaşmayaraq, yeni istifadəyə verilən məktəb binasındakı su və digər problemlərin həllini tələb ediyini bildirib.

Ötən il də L.Nəcəfquliyeva çalışdığı məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşmaqla gündəmə gəlmişdi.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, işdən çıxarılan ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva bu il deputatlığa namizəd olub.

Belə ki, o, 1 sentyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 82 saylı İmişli-Saatli Seçki Dairəsindən deputatlığa namizəd olaraq qeydə alınıb. Müəllim bitərəf namizəd kimi öz təşəbbüsü ilə seçkilərdə iştirak edib.

Seçki günü bu dairədə 9 namizəd mübarizə aparıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) yekun seçki protokoluna əsasən, 82 saylı İmişli-Saatli Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi Səyyad Salahlı (Aran) qalib gəlib.

MSK Leyla Nəcəfqulieyevanın seçkilərdə 1139 səs topladığını bildirib.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Bərdədə DƏHŞƏT: Kişi toyda öldü: GÖRÜN NƏ SƏBƏBƏ
19/09/2024 19:47
77

Bərdədə DƏHŞƏT: Kişi toyda öldü: GÖRÜN NƏ SƏBƏBƏ

Sentyabrın 21-i saat 21:00-dan... - Əhaliyə XƏBƏRDARLIQ!
19/09/2024 17:39
86

Sentyabrın 21-i saat 21:00-dan... - Əhaliyə XƏBƏRDARLIQ!

Hava bu tarixdən soyuyur - Dəhşətli şaxtalar gəlir
19/09/2024 16:54
150

Hava bu tarixdən soyuyur - Dəhşətli şaxtalar gəlir

Rusiyada azərbaycanlılara EVLƏNMƏK QADAĞAN EDİLDİ: GÖRÜN NİYƏ
19/09/2024 16:00
152

Rusiyada azərbaycanlılara EVLƏNMƏK QADAĞAN EDİLDİ: GÖRÜN NİYƏ

Avro bahalaşdı, dollar ucuzlaşır - Manatın məzənnəsi NECƏ DƏYİŞƏCƏK?
19/09/2024 15:25
64

Avro bahalaşdı, dollar ucuzlaşır - Manatın məzənnəsi NECƏ DƏYİŞƏCƏK?

ŞOK: İşdən çıxarılan qalmaqallı müəllimə əslində GÖRÜN KİM OLDUB
19/09/2024 10:51
1096

ŞOK: İşdən çıxarılan qalmaqallı müəllimə əslində GÖRÜN KİM OLDUB