Avro bahalaşdı, dollar ucuzlaşır - Manatın məzənnəsi NECƏ DƏYİŞƏCƏK?

19/09/2024 15:25
76

ABŞ Federal Ehtiyat Sistemi (FED) uzun müddətdən sonra ilk dəfə faiz dərəcələrini azaldıb. Sentyabrın 17-18-də keçirilən ikigünlük iclasın sonunda uçot dərəcəsi 50 baza bəndi azalaraq 4.75-5.25% səviyyəsinə düşüb. RBC.ru-nun məlumatına görə, bu, 2020-ci ilin martından bəri baş verən ilk faiz azaldılmasıdır. ABŞ iqtisadiyyatında son bir ildə uçot dərəcəsi 20 ilin maksimum həddi olan 5.25-5.5% səviyyəsində qalmışdı və FED-in 2023-cü ilin iyul ayından bəri bu göstəricini sabit saxlaması diqqət çəkmişdi.

Federal Ehtiyat Sistemi (FED) tərəfindən uçot dərəcəsinin azalması ABŞ dollarının dəyərinə birbaşa təsir göstərə bilər. Uçot dərəcəsi bankların mərkəzi bankdan borc götürərkən ödədiyi faiz dərəcəsini müəyyən edir və bu göstərici iqtisadiyyatda pulun dəyərini tənzimləyən əsas şərtlərdən biridir. FED-in faiz dərəcələrini azaltması pul bazarını genişləndirir, kredit almaq daha ucuzlaşır və nəticədə iqtisadiyyata daha çox pul daxil olur.

FED-in faizlərlə bağlı növbəti iclası 6-7 noyabr tarixlərində baş tutacaq. Qeyd edək ki, uçot dərəcəsi dünya üzrə ABŞ dollarının dəyərini müəyyənləşdirir.

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, FED-in bu qərarı iqtisadiyyatı stimullaşdırmaq və inflyasiya ilə mübarizə tədbiri kimi də qiymətləndirilə bilər, Ancaq faiz dərəcələrinin azalması ABŞ dollarının ucuzlaşmasına və digər valyutalar qarşısında dəyər itirməsinə səbəb ola bilər:"Faiz dərəcəsinin endirilməsi gözlənilən idi, hətta mart ayında endiriləcəyi düşünülürdü, amma inflyasiya ilə əlaqədar rəqəmlər Amerika Mərkəzi Bankının məsələlərə bir az ehtiyatlı yanaşması bu qərarı indiyə gətirib çıxardı. 25 faiz bəndinin endiriləcəyi gözlənilirdi, amma Amerika Mərkəzi Bankı bir az daha aqressiz faiz kəsiminə getdiş Amma hər bir halda qərar gözlənilən idi. Avro ilə dollar nisbəti 1.05, 1.08-dən 1.11-ə qədər ucuzlaşmışdı”.

İqtisadçı qeyd edib ki, bundan sonra ABŞ dollarının kəskin ucuzlaşacağı proqnozlaşdırılmır. Onun sözlərinə görə, Mərkəzi Bankın siyasətində kəskin dəyişiklik olmazsa, dolların qiymətində nəzərə çarpan bir ucuzlaşmanın olacağı gözlənilmir: “Bu ucuzlaşma bizə təsir edə bilər. Çünki əvvəl avronu daha ucuz alırdıq, amma indi daha da bahalaşıb. Əvvəl avronun kursu 1,78, 1,75 gəlirdi, amma indi daha yuxarı qalxıb. Yəni bu digər valyutaların kursunda bahalaşma kimi göstərilir. Düzdür, bu idxal qiymətinə təsir edən bir amildir, amma elə ciddi bir ziyan yoxdur”.

Xalid Kərimli əlavə edib ki, bu qərarın özü manatın məzənnəsi üçün elə ciddi bir problem yaradan məsələ deyil. Aşağı faiz dərəcələri xarici investorlar üçün ABŞ valyutasını və dollarla ifadə edilən aktivləri daha az cəlbedici edir, nəticədə dolların tələbini aşağı salır. Digər tərəfdən, FED-in bu qərarı iqtisadiyyatı stimullaşdırmaq və inflyasiya ilə mübarizə tədbiri kimi də qiymətləndirilə bilər

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Dilarə görün hansı məşhur şəxsin nəslindən imiş... - VİDEO
19/09/2024 23:25
178

Dilarə görün hansı məşhur şəxsin nəslindən imiş... - VİDEO

4 aydır yoxa çıxan 2 uşaq anasının meyiti tapıdı - Görün haradan (FOTO
19/09/2024 23:08
124

4 aydır yoxa çıxan 2 uşaq anasının meyiti tapıdı - Görün haradan (FOTO

TƏCİLİ: Sumqayıt səmasında baş verənlər TƏŞVİŞ YARATDI: Hamı bu videodan danışır- VİDEO
19/09/2024 22:32
170

TƏCİLİ: Sumqayıt səmasında baş verənlər TƏŞVİŞ YARATDI: Hamı bu videodan danışır- VİDEO

Azyaşlı Narinin qətlinə görə tanınmış müğənni ilə aparıcı arasında QALMAQAL - FOTO
19/09/2024 22:16
123

Azyaşlı Narinin qətlinə görə tanınmış müğənni ilə aparıcı arasında QALMAQAL - FOTO

Bərdədə DƏHŞƏT: Kişi toyda öldü: GÖRÜN NƏ SƏBƏBƏ
19/09/2024 19:47
475

Bərdədə DƏHŞƏT: Kişi toyda öldü: GÖRÜN NƏ SƏBƏBƏ

Sentyabrın 21-i saat 21:00-dan... - Əhaliyə XƏBƏRDARLIQ!
19/09/2024 17:39
114

Sentyabrın 21-i saat 21:00-dan... - Əhaliyə XƏBƏRDARLIQ!