Azərbaycanda devalvasiya olacaq - TARİX AÇIQLANDI

07/08/2024 19:13
2431

Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Satılan valyuta məbləği iyun ayı ilə müqayisədə 420,7 milyon ABŞ dolları və ya 51% artıb. Valyuta tələbatının kəskin surətdə artması insanlar arasında artıq uzun müddətdir ki, müzakirə olunan devalsivasiya mövzusunu yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı  danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda neft və qaz gəlirlərində ciddi azalmanın olması, ölkəyə daxil olan valyuta həcminə də təsir göstərir:

“Artıq 9-cu ildir ki, manatın dollar qarşısındakı kursu stabil olaraq qalır. Bundan öncə, 2015-ci ilədək müvafiq olaraq, köhnə məzənnəni saxlamaq mümkün olmadı deyə, 3 pilləli devalivasiya baş verdi. İlk öncə 1 manat 5 qəpik, sonra 1 manat 55 qəpik, sonda isə 1 manat 70 qəpikdə sabitləşdi. 9 ildir ki, həmin sabit məzənnə rejimi davam edir. Bunu uzun müddət eyni səviyyədə saxlamaq olduqca çətindir. Nəzərə alaq ki, Azərbaycanın neft gəlirlərində ciddi azalma var, çünki hasilat kəskin azalıb. Məsələn, may-iyun aylarında hasilat heç 500 min barelə çatmadı, halbuki 2011-2012-ci ildə biz 900-950 min barel neft hasil edirdik. Yəni neft hasilatının düşməsi, valyuta gəlirlərinin azalması, qaz qiymətlərinin əvvəlki illərə nisbətən ucuzlaşması gəlirlərə mənfi təsir göstərib. Bütün bunlar Azərbaycana manatına basqı yaradan amillərdir”. Sayt yaratmaq

Ekspertin fikrincə, növbəti il üçün devalivasiyanın baş verməsi qaçılmazdır:

“Düzdü, iyul-avqust aylarında dollara tələbatın artmasının başqa səbəbləri də var. Valyutaya tələbat bu ay da yüksək olacaq, çünki təhsil mövsümünə hazırlıqla əlaqəli 100 milyonlarla dollara ehtiyac var ki, təhsil sahəsində istifadə olunan tədris məhsullarından tutmuş geyimə qədər alınsın. Bizdə bütün bunlar hamısı xaricdən gətirilir və xaricdən gətirildiyinə görə valyutaya tələbat da artır. Hətta mən əminəm ki, avqust ayında da biz bu artım tempini görəcəyik. Valyutaya tələbat artdıqca və buna paralel ölkədə daxil olan valyutanın həcmi azaldıqca devalivasiya təhlükəsi də yüksələcək. Düşünürəm ki, bu il olmasa da, növbəti il ərzində Mərkəzi Bankın belə bir addım atması mümkündür. Çünki valyuta gəlirlərinin azalması valyuta ehtiyatlarına qənaəti gündəmə gətirəcək. Bunun ən rahat forması isə məzənnə dəyişikliyidir”./Yenisabah.az

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Manat niyə dəyərdən düşür ? - SƏBƏBLƏRİ
13/09/2024 13:08
209

Manat niyə dəyərdən düşür ? - SƏBƏBLƏRİ

TƏCİLİ: Dollar bahalaşdı - SƏBƏB NƏDİR
13/09/2024 12:27
1135

TƏCİLİ: Dollar bahalaşdı - SƏBƏB NƏDİR

Vüsalə ona yazılan biabırçı mesajı efirdə səsləndirdi - Həyat yoldaşı ilə... ŞOK MESAJı
09/09/2024 22:55
2268

Vüsalə ona yazılan biabırçı mesajı efirdə səsləndirdi - Həyat yoldaşı ilə... ŞOK MESAJı

Gələn il dollar bahalaşa bilər - 2 manatdan çox...
29/08/2024 14:59
38

Gələn il dollar bahalaşa bilər - 2 manatdan çox...

Dollar 2 manatdan baha olacaq - Əhalinin NƏZƏRİNƏ
29/08/2024 12:41
141

Dollar 2 manatdan baha olacaq - Əhalinin NƏZƏRİNƏ

“Nərminə dedim ərin bilər, cavab verdi ki, qorxma, boş ev tap” – Qətlin ŞOK TƏFƏRRÜATI
20/08/2024 00:12
2165

“Nərminə dedim ərin bilər, cavab verdi ki, qorxma, boş ev tap” – Qətlin ŞOK TƏFƏRRÜATI