Yeni müsəlman dövlətinin yaradılması üçün ÇAĞIRIŞ: Azərbaycan və Türkiyə ilə sərhəddə...

05/02/2025 14:34
152

Suriyada fəaliyyət göstərən terror təşkilatı PKK/YPG-nin lideri Mazlum Abdi yeni açıqlamaları ilə gündəmə gəlib. O, Suriya keçid hökumətinin sədri Əhməd Şaraya mesaj göndərərək Suriyada dövlətə bağlı olmayan bütün hərbi birləşmələrin buraxılmasının vacibliyini vurğulayıb.Abdi bunun ardınca bölgədə müstəqil bir Kürdüstan dövlətinin yaradılmasının vacibliyini bəyan edib. Bu tələb regionda onsuz da mövcud olan gərginliyi daha da artırıb və müxtəlif siyasi dairələrdə sərt tənqidlərə səbəb olub. Mazlum Abdi terror təşkilatının müstəqillik uğrunda mübarizəsini davam etdirəcəyini bildirib.

 

Maraqlıdır, müstəqil Kürdüstan dövlətinin yaradılması mümkündürmü?

Məsələ ilə bağlı siyasi şərhçi Oqtay Qasımov Ajans.az-a açıqlamasında Mazlum Abdinin terrorçu olduğunu və ABŞ-ın dəstəyi ilə Suriyada minlərlə insanın həyatına son qoyduğunu vurğulayıb. O, qeyd edib ki, ABŞ tərəfindən dəstəklənən bu terror təşkilatı Suriya ərazisində böyük dağıntılar törədib:

"Xüsusilə Suriya ərazisində ABŞ-nin dəstəklədiyi PKK/YPG terror təşkilatı minlərlə insanın həyatına son qoyub və böyük qırğınlar törədib. Qərbin dəstəklədiyi bu təşkilat hazırda Suriyanın ərazisinin üçdə birini, yəni təxminən 30 faizini nəzarətdə saxlayır. Əsas məqsədləri bu ərazilərdə yalnız kürdlərdən ibarət Kürdüstan dövləti yaratmaqdır. Bundan əlavə, Abdi və təşkilatı Suriyanın enerji ilə zəngin olan bölgələrini də nəzarət altına götürərək resurslardan istifadə edir. Lakin bu ideyanın reallaşması hazırkı şəraitdə mümkün görünmür."

Oqtay Qasımov əlavə edib ki, Suriyanın bölünməsi bölgədə qeyri-sabitlik yarada bilər və bu, region ölkələrinin maraqlarına ziddir:

"Region ölkələrinin heç biri, o cümlədən Türkiyə, Suriyanın sərhədlərinin dəyişməsinin və onun bölünməsinin tərəfdarı deyillər. Çünki bu, bölgədə qeyri-sabitliyə və daha ciddi problemlərə yol açar. Bununla belə, kürdlərin hüquqları tanınmalıdır. Onların öz dillərində təhsil almaq, siyasətdə iştirak etmək və parlamentdə təmsil olunmaq hüquqları mövcuddur. Lakin Suriyanın bölünməsi regional sabitliyə ciddi təsir edə bilər və buna görə də əsas regional oyunçular belə bir prosesə qarşıdırlar."

 Şərhçinin fikrincə, ABŞ bu cür təşkilatları dəstəkləməklə Yaxın Şərqdə öz maraqlarını təmin etməyə çalışır:

"ABŞ-ın yaxın və orta Şərqdəki maraqları bəllidir. Onlar regionu nəzarətdə saxlamaq üçün bir çox strategiyalar həyata keçirir. ABŞ vaxtilə "Ərəb Baharı" adı altında bir çox ölkələrdə prosesləri alovlandırdı. O zaman ABŞ-ın BMT-dəki nümayəndəsi 20-yə yaxın dövlətin sərhədlərinin dəyişəcəyi ilə bağlı açıq bəyanat vermişdi. İndi də ABŞ-ın bu məsələdə maraqlı olması, YPG/PKK terror təşkilatına dəstək göstərməsi regionda gərginliyi artırır."

Qasımovun sözlərinə görə, Mazlum Abdinin bu istiqamətdəki fəaliyyəti və müraciətləri Suriyaya qarşı əməliyyatların daha erkən başlamasına səbəb ola bilər:

"Bu müraciət və fəaliyyətlər, ehtimal ki, Suriyaya və YPG/PKK-ya qarşı əməliyyatların vaxtından tez həyata keçirilməsinə təkan verəcək. ABŞ-ın bu cür terrorçu qruplara dəstək verməsi həm Suriyada, həm də bütün regionda vəziyyəti daha da mürəkkəbləşdirir."

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
"Təmiz qadın axtarıram, 60-70 kq arası olsun" yazıb divarından asdı - VİDEO/FOTO
05/02/2025 17:20
10

"Təmiz qadın axtarıram, 60-70 kq arası olsun" yazıb divarından asdı - VİDEO/FOTO

Kommunal ödəyənlərin DİQQƏTİNƏ: Bu, yanlışdır
05/02/2025 17:20
32

Kommunal ödəyənlərin DİQQƏTİNƏ: Bu, yanlışdır

Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO
05/02/2025 17:20
49

Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO

Əməkdar artistin səhhətində ciddi problem YARANDI
05/02/2025 15:52
93

Əməkdar artistin səhhətində ciddi problem YARANDI

SON DƏQİQƏ: Vahid Əhmədovla bağlı PİS XƏBƏR
05/02/2025 14:34
360

SON DƏQİQƏ: Vahid Əhmədovla bağlı PİS XƏBƏR

Temperatur 5-8° enəcək, QAR yağacaq - XƏBƏRDARLIQ
05/02/2025 09:05
295

Temperatur 5-8° enəcək, QAR yağacaq - XƏBƏRDARLIQ