ŞOK: Rəqqasə Fatimə tanınmış aparıcı Zauru YIXIB SÜRÜDÜ - VİDEO

01/02/2025 00:02
465

Rəqqasə Fatimə Fətəliyeva teleaparıcı Zaur Nəbioğlu barədə qalmaqallı fikirlər səsləndirib.

Bizimshow.az xəbər verir ki, “Tarixin bir günü” verilişinin qonağı olan rəqqasə dost kimi qatıldığı proqramda gözlənilmədən düşmən münasibəti ilə qarşılaşdığını bildirib:

“Mən də vaxtilə onlara dost demişəm. Amma təəssüflər olsun ki, mən onlara dost demişəm. Bu yaxında dostların verilişinə dəvət olundum. Ancaq özümü dostların yanında yox, tam başqa, özgə xalqın nümayəndəsi kimi hiss etdim. Bilirsiniz, nəyə görə? Çünki mən ora gələndə ilk olaraq demişdim ki, xahiş edirəm sizdən şəxsi həyatımdan sual verməyin. Sən də mənə şəxsi həyatımdan sual verdin və gözəl şəkildə cavabını aldın. Amma mənə elə bir şəkildə sual verdilər, elə yerimdən toxundular... Mənim övladlarım artıq böyüyüb. Qızımın 30, oğlumun 14 yaşı olacaq. İstəmirlər ki, onların ad çəkilsin. İndi mən danışıram əslində bu çoxdur. Vadar edirlər ki, bunları deyəsən. Orada mənim ailəm və övladlarım haqda suallar verildi və mən də özümü itirdim. Dost deyib getmişdim. O dəqiqə bilmədim ki, nə danışıram. Sonra efirə baxıb dedim ki, bu mənəm? Həmin aparıcı isə tamaşaçılara deyir ki, bilirsiz, Fatimə xanım rusdilli məktəbi bitirib ona görə danışıq qabiliyyəti o deyil. Bu nə deməkdir? Bəli, rusdilli məktəb bitirmişəm. Amma eyni zamanda Azərbaycan dilində İncəsənət Universitetini də bitirmişəm. İllərdir ki, təcrübəm var. Səhnədə böyümüşəm və məclislər idarə edirəm. Buradan Rusiyaya dəvət alıram, 300 nəfərlik məclisi tək aparıram”.

F.Fətəliyeva sərt etirazına belə davam edib:

“Ola bilsin ki, bu söhbətdən sonra hansısa məclisdə həmin adamlar mən tərəfə belə baxmasınlar. Canları sağ olsun. Mən olan şeyi demişəm. Elə bilirlər ki, o verilişlər sonacan gedəcək. Amma heç nə ömür boyu parıldamır. İnsan dostluğu reytinqə dəyişməz”. (yenisabah.az)

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
ŞOK: Türkan toya abırsız geyimdə gəldi: Qonaqların reaksiyasına baxın - VİDEO
01/02/2025 01:33
111

ŞOK: Türkan toya abırsız geyimdə gəldi: Qonaqların reaksiyasına baxın - VİDEO

Azərbaycanlı müğənni qəzaya düşüb - Vəziyyəti ağırdır
31/01/2025 14:23
36

Azərbaycanlı müğənni qəzaya düşüb - Vəziyyəti ağırdır

Elza Seyidcahana AĞIR İTKİ: Vəfat etdi... – FOTO
29/01/2025 15:52
462

Elza Seyidcahana AĞIR İTKİ: Vəfat etdi... – FOTO

3 uşaq anası Aysel Teymurzadə GÖZƏLLİYİ İLƏ HEYRAN ETDİ - FOTO
28/01/2025 21:20
340

3 uşaq anası Aysel Teymurzadə GÖZƏLLİYİ İLƏ HEYRAN ETDİ - FOTO

Qardaşı şəhid olduğu üçün 5 ildir ortalıqdan yox olan müğənni Xana ÜZƏ ÇIXDI - FOTO
28/01/2025 14:26
605

Qardaşı şəhid olduğu üçün 5 ildir ortalıqdan yox olan müğənni Xana ÜZƏ ÇIXDI - FOTO

Vəfanın Bakıda görün neçə evi var - Müğənni sayını deyəndə ŞOK OLDULAR
28/01/2025 10:51
266

Vəfanın Bakıda görün neçə evi var - Müğənni sayını deyəndə ŞOK OLDULAR