Müğənni Aysun İsmayılova yenə ayrılıq xəbərləri ilə gündəmdədir.Yenisabah.az-ın məlumatına görə, müğənni Aysun İsmayılova və vəkil Ramil Vəliyevin ikinci dəfə boşanma xəbərləri mətbuatın diqqətini çəkib. Cütlük bu barədə rəsmi açıqlama verməsə də, bəzi detallara əsaslanaraq ayrılıq xəbərlərinin doğru olma ehtimalı yüksək qiymətləndirilir.
Belə ki, Aysun və Ramil sosial mediada bir-birini izləmədən çıxarıblar. Üstəlik, Aysun İsmayılovanın son paylaşımı da bu xəbərləri təsdiqləyən məqamlardan biri olub. Müğənninin "Kesin Bilgi" mahnısının müşayiəti ilə paylaşdığı videoda sol əlində üzüyün olmaması diqqətdən yayınmayıb.
Eyni zamanda, Ramil Vəliyevin “Hər şeyin əvvəli olduğu kimi, bir sonu da var” deməsi ayrılıq xəbərlərinin daha da güclənməsinə səbəb olub.
Qeyd edək ki, cütlüyün ayrılıq səbəbi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç