"BakuBus" şirkəti Bakı şəhərində ictimai nəqliyyatın əsas operatorlarından biridir və yüksək standartlara uyğun avtobus xidmətləri təqdim edir.
Anons.az-ın baku.ws- ə istinadən məlumatına görə, şirkət sürücülərinə qarşı qoyulan tələblər, onların iş yükü və peşəkar səviyyələri maaşların formalaşmasına birbaşa təsir göstərir.
Bəs "BakuBus"ın sürücüləri arasında ən az və ən çox maaş nə qədərdir? Bu məqsədlə şirkətə müraciət etdik. "BakuBus"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva BAKU.WS-ə bildirdi ki, sürücülərin əməkhaqları 1200-1500 AZN arasında dəyişir:
"Əmək haqqı sürücünün iş stajına, idarə etdiyi avtobusun ölçülərinə və ümumi fəaliyyət göstəricilərinə görə dəyişir. Bundan əlavə, BakuBus-da uzun muddət çalışan və nümunəvi sürücülər hər ayın sonunda mükafatlandırılır".
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç