Bakıda ötən il baş verən cinayətin məhkəməsi başlayıb.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, istintaqla müəyyən edilib ki, 2024-cü il iyulun 3-ü səhər saatlarında Samirə Əliyeva (ad şərtidir) şəxsi münasibətlər zəminində Sabirabad rayon sakini Fuad Hüseynzadəni bıçaqlayıb.
Hadisə Bakının Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 71 ünvanda baş verib.
Belə ki, S.Əliyeva kirayə qaldığı evdə Fuad adlı tanışı ilə intim əlaqədə olub. Səhər yuxudan ayılanda özünü paltarsız vəziyyətdə görüb. Özünü təhqir olunmuş hesab edən S.Əliyeva qisas almaq məqsədi ilə bıçağa əl atıb və gecə münasibətdə olduğu Fuada xəsarət yetirib. Bıçaq xəsarəti alan Fuad paltarsız vəziyyətdə evdən qaçıb.
Bütün bunlar küçədə quraşdırılmış təhlükəsizlik kamerasına düşüb.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç