Xalq artisti Aygün Kazımova konsertlərindən birində tamaşaçıları ilə söhbətiylə diqqət çəkib.
News365.az xəbər verir ki, Pop kraliça tamaşaçılara "Kaprizlərimə dözərdiniz?" sualını ünvanlayıb.
Müğənni daha sonra "Bilmirsiniz ki, nələr baş verir. Amma hamısı sənət üçündür. "Kontuziya"larım o zaman tutur. Sizin qarşınıza çıxana qədər nələr baş verir bilmirsiniz" sözlərini əlavə edib.
Kazımova "Dəyməzmiş" mahnısını oxuyan zaman isə "Bəzən həyatımızda elə insanlar olur ki, ürəyimizi, hər şeyimizi veririk. Amma sonradan anlayırıq ki, dəyməzmiş" sözlərini söyləyib.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç