AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində sağ çıxan stüardessa Aydan Rəhimli qəza anında yaşadıqlarından danışıb.
Sfera.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, o, birinci zərbədən sonra oksigen maskalarının düşdüyünü deyib.
"Birinci zərbədən sonra oksigen maskaları düşdü və biz hamımız nə baş verdiyinə baxmağa getdik. Bu anda ikinci zərbə oldu. Təyyarə bələdçisi Zülfüqar bəy sol qolundan xəsarət aldı. Biz çalışdıq ki ona kömək edək. Buna görə arxaya getdik. Ona kömək etdim, ilkin yardım göstərdim. Bu anda daha bir səs gəldi, nəsə baş verdi. Biz əyləşdik, oksigen maskalarımızı taxdıq. Hökümə xanım mənə zəng vurdu, biz daima onunla danışırdıq. Qəzaya 2 dəqiqə qalmış zəng kəsildi", - deyə o qeyd edib.
Daha ətraflı videoda:
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç