"Yeməyə görə Xalq artistlərini sıraya düzüb, üstlərinə qışqırdı... " - Almaxanımdan...

20/09/2024 17:29
100

Tanınmış muğam ifaçısı Almaxanım Əhmədova Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunun müdiri Mənzərxanım Nurəliyeva barəsində daha bir qalmaqallı açıqlamalar verib.

News365.az xəbər verir ki, ifaçı sosial şəbəkədə qeyd edib:

"Bir dəfə Özbəkistanda Azərbaycan Mədəniyyət günlərində idik. Bu, nazirlik xətti ilə getdiyim ilk və son səfər oldu.Mənzərxanım Xalq artistlərini sıraya düzüb, danlayır, qışqırırdı ki, "yeməyinizi vaxtında yeyin də, mən niyə sizi burada gözləməliyəm? Niyə gecikirsiz? Xalq və əməkdar artistlər də başlarını aşağı salıb, məzlum ifadə ilə Mənzərin danlağlarını dinləyirlərdilər. Mən də qıraqdan baxıram. Özümü bir an müharibə kinolarında komandir və əsgərlər səhnəsində hiss elədim. Sanki Mənzər komandirdir, incəsənət xadimləri isə onun əsgərləri.

Ən çox da ona pis oldum ki, bu cür sənətkarlar niyə onun danlağını götürürlər?

Hətta məşqlə bağlı Mənzərxanıma bir söz də demək istəyirdim. Xalq artistlərindən biri mənə yaxınlaşdı ki, "sus, Mənzərxanım danışanda biz heç birimiz danışmırıq. Ona 10 ildən çoxdur dözürük, sən də döz. Yoxsa sənə mane olar".

Qeyd edək ki, artıq bir müddətdir tanınmış sənət adamları ilə Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunun müdiri Mənzərxanım Nurəliyeva arasında qalmaqal yaranıb. Muğam ifaçıları Almaxanım Əhmədova, Pərviz Qasımov, caz ifaçısı Təranə Mahmudova, tanınmış kamança ifaçısı Şəhriyar Musayev və digərləri Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunda özbaşınalığın hökm sürdüyünü, Mənzərxanım Nurəliyevanın sənətçilərən rüşvət istədiyini bildiriblər. Nazirlik səslənən ittihamları təkzib edib.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
BİABIRÇILIQ: Azərbaycanlı sənətçi alt paltar geyinmədi - Sinəsi göründü - FOTO
20/09/2024 19:52
195

BİABIRÇILIQ: Azərbaycanlı sənətçi alt paltar geyinmədi - Sinəsi göründü - FOTO

Azərbaycanda məşhur müğənnilər arasında ŞOK DAVA: "Sənin ağzını..."
20/09/2024 17:28
117

Azərbaycanda məşhur müğənnilər arasında ŞOK DAVA: "Sənin ağzını..."

Azərbaycanlı məşhurun həyat yoldaşı başqa şəxslə görüşüb - Hamilə imiş... + FOTO
20/09/2024 14:37
123

Azərbaycanlı məşhurun həyat yoldaşı başqa şəxslə görüşüb - Hamilə imiş... + FOTO

Aktrisa Xuramanın azyaşlı oğlunun səhhəti pisləşdi
20/09/2024 13:59
229

Aktrisa Xuramanın azyaşlı oğlunun səhhəti pisləşdi

Aparıcı Vüsalə Əlizadə toylara bu qiymətə gedirmiş: ŞOK MƏBLƏĞİ- SİYAHI
20/09/2024 00:10
193

Aparıcı Vüsalə Əlizadə toylara bu qiymətə gedirmiş: ŞOK MƏBLƏĞİ- SİYAHI

Nigar idman zalından elə VİDEO paylaşdı ki… Cazibədar bədən quruluşu DİQQƏT ÇƏKDİ
20/09/2024 00:06
786

Nigar idman zalından elə VİDEO paylaşdı ki… Cazibədar bədən quruluşu DİQQƏT ÇƏKDİ