Milyonlarla insana təsir edən qərar: bundan sonra iş saatları...

19/08/2024 19:41
159

Türkiyədə 30 milyondan çox işçiyə birbaşa aidiyyəti olan Türkiyə Əmək Qanununda yeni dəyişikliklər olacaq.

 

Bu çərçivədə maaşlar, iş saatları, həftəlik və illik məzuniyyət kimi bir çox mövzuda yeni tənzimləmələr ediləcək.

 

Bu məsələ ötən həftə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçirilən İnvestisiya Mühitinin Yaxşılaşdırılması Koordinasiya Şurasında da (YOİKK) müzakirə edilib.

 

İclasda uzaqdan, yarımştat, müvəqqəti və platforma kimi yeni nəsil çevik iş modelləri ilə bağlı dəyişikliklərin iş dünyasının tələbləri və iş-özəl həyat balansı nəzərə alınmaqla müəyyən edilməsi qərara alınıb.

Məsələ Beynəlxalq Əmək Təşkilatının (BƏT) iclasında da gündəmə gətiriləcək. Bu çərçivədə iş saatlarına yeni düzəlişlərin ediləcəyi gözlənilir. Bildirilir ki, 45 və bəzi peşə qruplarında olan 48 saatlıq iş saatı 40 saata endirilə bilər.

 

“Hazırlanacaq qaydalara işçilərin ixtisaslarının artırılması ilə bağlı yeni müddəalar daxil ediləcək. Sosial məsuliyyət layihələri həyata keçirən bir çox müəssisə var. Öz işçilərinə maaş vermir, ya da az maaş verir. Burada disbalans var, bu, həll edilməlidir", - mövzu ilə bağlı hökumət mənbələri bildirib.

 

Sabiq əmək və sosial müdafiə naziri Vedat Bilgin "İş həyatımızı modernləşdirməli və iş saatlarını yenidən təşkil etməliyik" deyib. Müxalifət də ötən il Türkiyə Böyük Millət Məclisinə iş vaxtının həftədə 37,5 saata endirilməsi ilə bağlı qanun layihəsi təqdim edib./publika.az

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Ən yaxşı falçılar
16/09/2024 17:58
12

Ən yaxşı falçılar

Ən yaxşı 10 sevgi filmi
16/09/2024 17:03
9

Ən yaxşı 10 sevgi filmi

Ən yaxşı 10 qorxu filimi
16/09/2024 17:00
8

Ən yaxşı 10 qorxu filimi

Yeni il gecəsini evdə keçirənlərin izləməli olduğu 16 film
16/09/2024 16:57
9

Yeni il gecəsini evdə keçirənlərin izləməli olduğu 16 film

Yuxuda elçi gəlməsi nə anlama gəlir?
16/09/2024 16:54
9

Yuxuda elçi gəlməsi nə anlama gəlir?

10 ən yaxşı bədən spreyi
16/09/2024 16:42
9

10 ən yaxşı bədən spreyi