Taksi qiymətləri 2 dəfə bahalaşdı: Sentyabrdan isə...

17/08/2024 16:10
218

Azərbaycanda bir aydan çoxdur taksilər yeni qaydalarla fəaliyyət göstərir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuata açıqlamasında taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra xidmət keyfiyyətinin yüksəlməsinin müşahidə edildiyini deyib. O, paytaxtda taksi sayının 2 dəfə azaldığını, 67-70 mindən 35 minə endiyini qeyd edib.

Məlumdur ki, yay mövsümüdür. Bakıda təhsil alan minlərlə tələbə tətildədir, həmçinin, yay ayları olduğu üçün məzuniyyətdə olan işçilərin də sayı çoxdur. Yəni taksilərin sayının 2 dəfə azalması hazırda qıtlıq yaratmasa da yeni mövsümdə bunu demək çətin olacaq. Bununla belə, əvvəllər sifariş verdikdə ünvana 3-5 dəqiqə ərzində gələn taksilər indi sifarişi daha gec yerinə yetirirlər.

Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, hazırda taksilərin sayı 2 dəfə azaldığı kimi, qiymətlər də 2 dəfə artıb: dirnaq modelleri

“Nazirlik əməkdaşı, nazir müavini özünə uyğun verdiyi qərarların nəticəsi ilə yaxşı fikir səsləndirir, reallıqları nəzərə almır. Amma başa düşmək lazımdır ki, paytaxtda taksilərin sayının azalmasına baxmayaraq, xidmətdə elə də ciddi keyfiyyətə nail olunmayıb. Çünki elə həmin köhnə nəqliyyat vasitələri xidmətdədir və avtomobil parklarında heç bir yenilənmə müşahidə olunmur. Əksinə, az qala qiymətlər 2 dəfə bahalaşıb. Bu isə birbaşa taksi xidmətinin çatışmamazlığı ilə bağlıdır”.

Ekspertin fikrincə, müştərilərə təklif olunan xidmətdə isə heç müsbət dəyişiklik yoxdur:“Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan xeyli insan iş yerini itirib. Bəzi hallarda insanlar taksi şirkətlərinə sifariş verir, lakin uzun müddət gözləsələr də, nəqliyyat vasitəsi olmadığından sifarişdən imtina edilir. Bu cür imtinalar olduqca tez-tez təkrarlanır. Yəni bu tipli məsələlər həllini tapmayıb. O cümlədən, Bakı ətrafı kəndlərdən şəhərin mərkəzinə hərəkət edən 1 manatlıq taksilər qiymətləri 2, bəzən isə 3 manata qaldırır. Xidmətin keyfiyyəti ilə bağlı hansısa müsbət nəsə deməyə dəyməz, əksinə qiymətlərdə kifayət qədər bahalaşma yaranıb”./ Yenisabah.az

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Ən yaxşı falçılar
16/09/2024 17:58
13

Ən yaxşı falçılar

Ən yaxşı 10 sevgi filmi
16/09/2024 17:03
10

Ən yaxşı 10 sevgi filmi

Ən yaxşı 10 qorxu filimi
16/09/2024 17:00
8

Ən yaxşı 10 qorxu filimi

Yeni il gecəsini evdə keçirənlərin izləməli olduğu 16 film
16/09/2024 16:57
9

Yeni il gecəsini evdə keçirənlərin izləməli olduğu 16 film

Yuxuda elçi gəlməsi nə anlama gəlir?
16/09/2024 16:54
9

Yuxuda elçi gəlməsi nə anlama gəlir?

10 ən yaxşı bədən spreyi
16/09/2024 16:42
9

10 ən yaxşı bədən spreyi