“Ağadadaş tanınmaz haldadır” - Şeyx Əbdüldən AÇIQLAMA

26/07/2024 23:58
3424

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə "MedEra"nın mühafizəçisinin davası geniş müzakirələrə səbəb olub. Bəziləri A.Ağayevin bu cür aqressiya göstərməsini sərt tənqid edib. Onlar psixoloji cəhətdən gərgin olan, əsəblərini cilovlaya bilməyən şəxslərin toy və məclislərə getməsinin yalnış olduğunu qeyd ediblər. 

Məsələ ilə bağlı Bakupost.az-a danışan Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib ki, insanların bu cür yanaşması düzgün deyil.

“Camaat mövzu tapmır. Bilmirlər nə danışsınlar. Ona görə də yeni mövzu axtarırlar. Əvvəla, baş verən məişət hadisəsidir. Bu adam ağır əməliyyatlar keçirib, 70 yaşlı ağsaqqal kişidir. Azərbaycanın tanınan, hörmət edilən sənətkarıdır", - deyə o vurğulayıb.

Şeyx Əbdül Mahmudbəyov məsələ ilə dünən ətraflı məlumat aldığını bildirib: "Bu adam ağrıdan əziyyət çəkirmiş. Aqressiyaya bu gün cəmiyyətdə də var. Aqressiya böyük dövlətlərdən gəlir. Cəmiyyətdəki hadisələr, cinayətlər, intiharlar və s. istər-istəməz insanlara mənfi təsir edir. Bu da balaca bir hadisədir, tərs kimi gəlib çıxıb Ağadadaşın bəxtinə. Lap bu adam əsəbi gəlib. Ölüm yox, itim yox, silahlı basqın yox, cavan mühafizəçisən, bu da yaşlı kişidir. Vur, qoltuğuna apar evinə, həkim çağır. Hamı durub tamaşa edir. Camaatın qarşısında bu cür aqressiya göstərmək nakişilikdir. Ağadadaşda günah olsa belə, sən bunu yerə yıxıb başını təpikləyirsən. Demək, bunu öldürmək niyyətin var. Ağadadaşın mənə şəklini göstərdilər. Görsəniz tanımazsınız. Üzü-gözü qan içərisində, qapqaradır. Bu nə deməkdir?”

Xalq artisti vurğulayıb ki, Ağadadaş Ağayevə qarşı aqressiya göstərənlərin çoxu öz sənət yoldaşları, musiqiçilərdir:

“Cəmiyyət niyə belə düşünür? Nədir, bu musiqi aləmi ilə dərdləri?! Ağadadaşa qarşı aqressiya göstərənlərin hamısı öz sənət yoldaşları, musiqiçilərdir. Hər halda bu, xoşagələn hadisə deyil. Ağadadaş dəli deyil, dəlixanadan çıxmayıb. Müəllim adamdır. 40 ildir səhnələrdə, efirlərdə, dünyada bizi təmsil edir. Niyə toya getmir? Nə var ki burada?! Dava edib... İnsandır da bu”...

Şeyx Əbdül Mahmudbəyov sonda qeyd edib ki insanı psixoloji cəhətdən gərginləşdirən, dava etmək səviyyəsinə çatdıran səbəb olur: "Bu səbəbi yaradan kim olub? Günahkar kimdir, açılsın. Qalanı istintaq orqanlarının işidir”. 

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?
07/09/2024 22:21
223

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

“Xəstəsən? Utanmırsan? Necə tərbiyəsiz adamsan...” Elgizi ÖZÜNDƏN ÇIXARDILAR
07/09/2024 22:03
106

“Xəstəsən? Utanmırsan? Necə tərbiyəsiz adamsan...” Elgizi ÖZÜNDƏN ÇIXARDILAR

Tək qalan qız sevgilisini evə çağırdı - "Qarnım böyüyəndə bildim ki..." - Rayonda ŞOK HADİSƏ
07/09/2024 22:01
251

Tək qalan qız sevgilisini evə çağırdı - "Qarnım böyüyəndə bildim ki..." - Rayonda ŞOK HADİSƏ

Ətin qiyməti BAHALAŞDI- Yeni məbləği
07/09/2024 20:28
881

Ətin qiyməti BAHALAŞDI- Yeni məbləği

Efirdə ŞOK DAVA- Əli Mirəliyev: "Sənin baban yaşındayam..." - VİDEO
07/09/2024 16:50
821

Efirdə ŞOK DAVA- Əli Mirəliyev: "Sənin baban yaşındayam..." - VİDEO

Su haqqında bunu bilsəniz DƏHŞƏTƏ DÜŞƏCƏKSİNİZ- Çox qaynatmağın zərəri...
07/09/2024 14:42
279

Su haqqında bunu bilsəniz DƏHŞƏTƏ DÜŞƏCƏKSİNİZ- Çox qaynatmağın zərəri...