Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

26/07/2024 21:14
1001

Azərbaycanda qırmızı qurd eşənəyi xəstəliyindən ölüm faktı qeydə alınıb.

Milli.Az bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata görə, sözügedən xəstəlikdən əziyyət çəkən Neftçala rayonu Uzunbabalı kənd sakini, 1975-ci il təvəllüdlü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstəyə ilkin tibbi yardım göstərilib, aparılan bütün tədbirlərə baxmayaraq, xəstə poliorqan çatışmazlığından ölüb.

Xəstənin 15 ildir qırmızı qurd eşənəyi xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.

Bəs bu xəstəlik nədən yaranır və əlamətləri nələrdir?

Mövzu barədə Bizim.media-ya danışan tibb sahəsi üzrə ekspert, həkim Rasif Bağırov deyib ki, bu xəstəlik autoimmun sistem xəstəliyidir:

"Çox ağır xəstəlikdir. Yaranma səbəbləri çoxdur, orqanizmə hər hansı bir yad cisim, yad maddə, antigen daxil olur. Əgər xəstənin immun sistemində müəyyən bir problemlər varsa, həmin o problemə görə orqanizmdə autoimmun prosesi başlayır. O da bir az mürəkkəb mexanizmdir. Nəticədə insanda qırmızı qurd eşənəyi deyilən xəstəlik başlamış olur.

Antigenin orqanizmə daxil olma səbəbləri həddən artıq çoxdur. Xəstəlik adi soyuqdəymə, müxtəlif qida məhsullarından, hər hansı dərman preparatlarının orqanizmə yeridilməsindən və digər səbəblərdən başlaya bilir".

Həkimin sözlərinə görə, xəstəlik əsasən özünü böyrək və oynaq ağrılarında göstərir:

"Xüsusilə, böyrəklərin, oynaq sisteminin çox ağır xəstələnməsi baş verir. Çox hallarda xəstənin sifətində, yanaq və burnunda kəpənəkvari qırmızı ləkə yaranır. Belə bir simptomları var, yeni yarananda müəyyən temperaturda olur. Daim dərman müalicəsinə möhtac olan bir xəstəlikdir. Heç vaxt tam sağalmır".

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?
07/09/2024 22:21
223

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

“Xəstəsən? Utanmırsan? Necə tərbiyəsiz adamsan...” Elgizi ÖZÜNDƏN ÇIXARDILAR
07/09/2024 22:03
106

“Xəstəsən? Utanmırsan? Necə tərbiyəsiz adamsan...” Elgizi ÖZÜNDƏN ÇIXARDILAR

Tək qalan qız sevgilisini evə çağırdı - "Qarnım böyüyəndə bildim ki..." - Rayonda ŞOK HADİSƏ
07/09/2024 22:01
251

Tək qalan qız sevgilisini evə çağırdı - "Qarnım böyüyəndə bildim ki..." - Rayonda ŞOK HADİSƏ

Ətin qiyməti BAHALAŞDI- Yeni məbləği
07/09/2024 20:28
881

Ətin qiyməti BAHALAŞDI- Yeni məbləği

Efirdə ŞOK DAVA- Əli Mirəliyev: "Sənin baban yaşındayam..." - VİDEO
07/09/2024 16:50
821

Efirdə ŞOK DAVA- Əli Mirəliyev: "Sənin baban yaşındayam..." - VİDEO

Su haqqında bunu bilsəniz DƏHŞƏTƏ DÜŞƏCƏKSİNİZ- Çox qaynatmağın zərəri...
07/09/2024 14:42
279

Su haqqında bunu bilsəniz DƏHŞƏTƏ DÜŞƏCƏKSİNİZ- Çox qaynatmağın zərəri...