ŞOK- "Uşaq pulu verilmirsə, deməli, belə məsləhətdir" deyən Yusif Mustafayevin 30 avtomobili var?/ VİDEO

23/07/2024 16:03
1048

Əməkdar artisti Yusif Mustafayev mal-mülkündən söz açıb.
Sənətçi qonaq olduğu “Günaydın Azərbaycan!” səhər şousunda şəhərin mərkəzində yerləşən dəbdəbəli üç mərtəbəli villasından və çox sayda avtomobillərindən danışıb.
Sözügedən verilişə ağ rəngli, lüks “Mercedes Gelenvagen” avtomobili ilə gələn Mustafayevi verilişin aparıcısı Xoşqədəm Hidayətqızı bu mövzuda sorğu-suala tutub.
Aparıcının “Evimizə gəldiyiniz avtomobilinizi gördüm. Deyirlər ki, 30-a yaxın avtomobiliniz var. Bu məlumat doğrudur?” sualına müğənni belə cavab verib:
“Nəslim böyükdür. Ailədə beş bacı və beş qardaşıq. Onların da övladları var. Onların sayına görə də avtomobillərimiz olmalıdır. Hərəyə elə bir avtomobil düşür. O, “Mercedes Gelenvagen” də mənimdir. Xoşqədəm xanım, amma siz deyən kimi elə də böyük imkanım yoxdur ki, hamıya avtomobil paylayım. Qarajımda 30 avtomobilim yoxdur. Yalandır”.
X.Hidayətqızının “Niyə icazə vermədiniz ki, villanıza gəlib, orada çəkiliş aparaq? Niyə məni evinə buraxmadınız?” sualına Y.Mustafayev belə münasibət bildirib:
“Gəl, amma çəkilişlə gəlmə. Göz dəyəcək deyə, buraxmıram. Çox insan elə bilir ki, zənginəm. Amma iki mərtəbəli bir evim var. Ev üç mərtəbəli deyil. Üçüncü mərtəbə dediyiniz isə mansarddır. Onu isə üçüncü mərtəbə kimi saymırlar. Xoşqədəm xanım, eviniz mənim evimdən on qat bahalıdır. Evdə böyük ailəmiz qalır. Birgə yaşayırıq. O evdə xanımım, üç övladım, bacılarım və qardaşlarımla birlikdə yaşayırıq.
Xoşqədəm xanım, sizin eviniz səkkiz mərtəbəlidir və panoraması isə dəhşət (möhtəşəmdir - red.). İnsanlar elə biləcəklər ki, həqiqətən də 30 avtomobilim var. Amma yalandır. İki oğlumun hərəsinin öz maşını var. Mənim də öz avtomobilim var. Bu oldu üç. Dördüncü isə iş avtobusumdur. Atamdan yadigar qalan, sayca beşinci “Toyota Land Cruiser” markalı avtomobil var. O maşından da atamın “iyini” alıram. Başqa avtomobilim yoxdur”.
Yusif Mustafayevin bu sözlərinə isə Xoşqədəm Hidayətqızı “Bütün bunlara oxuduğunuz “Ana” mahnısı ilə sahib olmusunuz” deyərək, sənətçinin ünvanına təriflər səsləndirib.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Vəfa Şərifova BİABIR OLDU: İzləyicisi ona qarşı GÖRÜN NƏ ETDİ- ŞOK VİDEOSU
07/09/2024 22:05
216

Vəfa Şərifova BİABIR OLDU: İzləyicisi ona qarşı GÖRÜN NƏ ETDİ- ŞOK VİDEOSU

Lalə Məmmədovanı görənlər tanımadı - ŞOK DƏYŞİM + Video
07/09/2024 14:02
220

Lalə Məmmədovanı görənlər tanımadı - ŞOK DƏYŞİM + Video

Təranənin qızı bu dəfə əri ilə yox, başqa oğlanla görüntüləndi - VİDEOsu
07/09/2024 09:22
663

Təranənin qızı bu dəfə əri ilə yox, başqa oğlanla görüntüləndi - VİDEOsu

Tanınmış meyxanaçı bu görüntülərə görə LAĞA QOYULDU- VİDEOsu
06/09/2024 23:41
465

Tanınmış meyxanaçı bu görüntülərə görə LAĞA QOYULDU- VİDEOsu

Afət Fərmanqızı məşhur psixoloqu MƏHKƏMƏYƏ verir: "Kirəyə verdiyi ev..."
06/09/2024 22:25
297

Afət Fərmanqızı məşhur psixoloqu MƏHKƏMƏYƏ verir: "Kirəyə verdiyi ev..."

Məşhur Xalq artistimizin türk bəylə EŞQ YAŞADIĞI GÖRÜNTÜLƏR ortaya çıxdı- VİDEO
06/09/2024 22:05
503

Məşhur Xalq artistimizin türk bəylə EŞQ YAŞADIĞI GÖRÜNTÜLƏR ortaya çıxdı- VİDEO